Texnologiya nəhəngi “Google” – un e-poçt xidməti olan “Gmail” – dəki yazışmaların üçüncü mənbələr tərəfindən izlənilə bildiyi məlum olub.
Dünyanın qabaqcıl e-poçt xidmətlərindən biri olan “Gmail” bütün dünyaya səs salacaq bir xəbərlə gündəmə gəldi. Milyonlarla istifadəçisi olan “Gmail” ilə bağlı aşkar edilən bir həqiqət bu e-poçt xidməti ilə bağlı mühim bir məxfilik problemini ortaya çıxardı.
“The Wall Street” jurnalında yer alan hesabata görə “Google” reklamların nümayişi üçün istifadəçilərin məlumatlarını üçüncü tərəflərin oxumasına şərait yaradır. Üstəlik də bu icazəni məhz “Google” özü verir. Bu da milyonlarla “Gmail” istifadəçisinə fərdiləşdirilmiş reklam nümayişinin başlanğıcı olacaq.
Açıqlanan hesabata görə, “Gmail” istifadə edən milyonlarla insanın poçt qutusundakı yazışmaları reklam verən üçüncü mənbələr tərəfindən oxunulacaq. Bununla da hər istifadəçiyə yazışmalarının məzmununa uyğun reklamlar nümayiş olunacaq.
Təbii ki, bu vəziyyət milyonlarla “Gmail” istifadəçisinin bütün məlumatlarının başqa mənbələr tərəfindən yoxlanılmasına şərait yaradır. İşin ən mühim tərəfi isə istifadəçi hesablarının nəzərdən keçirilməsinin avtomatlaşdırılmış proqramlar vasitəsilə deyil, şirkətlərdə işləyən personal tərəfindən həyata keçiriləcəyidir. Başqa sözlə burada söhbət mənfiliyin pozulmasından gedir.
E-poçt xidmətlərindən istifadə edən insanlar yazışmalarını oxuyarkən xidmət daxilində bir çox tətbiqlərə icazə verirlər. Bir çox icazə isə istifadəçilərin çox da diqqətini çəkməyəcək şəkildə alınır. Bu səbəbdən istifadəçilərin “Gmail” – də verdikləri bütün icazələrə diqqət yetirmələri vacibdir.
Açıqlanan hesabat, sayı 25-dən çox olan mövcud və köhnə proqram təminatçılarının “Gmail” – də yayılmağa başladığını göstərir. Milyonlarla istifadəçinin yazışmalarındakı məxfiliyin təhlükədə olması ilə bağlı yayımlanan bu hesabatdan sonra texnologiya nəhəngi “Google” – dan məsələ ilə bağlı açıqlamanın gəlib-gəlməyəcəyi maraq mövzusudur.
Tamara Mustafayeva, banco.az