Son illər həyatımızın ayrılmaz parçasına çevrilən sosial şəbəkələr, gün keçdikcə öz yenilikləri ilə gündəmin əsas hissəsini zəbt etməkdə davam edirlər. Instagram platforması da belə sosial şəbəkələr içində xüsusi önəm daşıyır. Bloomberg xəbər agentliyinin verdiyi məlumata görə, son 5 ildə xidmətdən istifadə edənlərin sayı ay ərzində 2 milyarda çatacaq.
Similar Web analitik şirkətinin hesabatına görə, iyun ayında ABŞ bu platformadan istifadə edən istifadəçi sayı Facebook ilə eynilik təşkil edib. Android istifadəçiləri Instagramda ortalama 53 dəqiqə vaxt keçirib. Bu isə öz növbəsində Facebook-da keçirilən vaxtdan 5 dəqiqə aşağıdır. Snapchatda isə bu müddət gün ərzində 49.5 dəqiqə təşkil edib.
Similar Web-in 2017-də apardığı araşdırmada Instagramda keçirilən vaxt müddəti bir qədər azalsa da Facebook-un fotoservis xidməti hesabına yenidən irəliləyiş müşahidə olunub.
Nə üçün sosial vasitələrdə vaxt analizi vacib xarakter daşıyır?
Vaxtın analiz olunması reklamlar üçün nəzərdə tutulub. Belə ki, istifadəçi sosial vasitələrdə nə qədər uzun zaman keçirsə, bir qədər çox reklam görmüş olacaq. Təbii ki, bu da öz növbəsində reklamverənlərin sayını artıracaq və sosial vasitələr qazanc əldə edəcəklər.
Instagram-ın son illər artan populyarlığı təbii ki, media vasitələrinin də diqqətindən yayınmayıb. Bloomberq Intelligence bu mövzuda araşdırmasının nəticəsini açıqlayıb. Beləki, əgər Instagram özü ayrılıqda fəaliyyət göstərən şirkət olsaydı, dəyəri 100 milyard dollar olardı, halbuki, Facebook şirkəti 2012-ci ildə 1 milyard dollara almışdı.
Bundan əlavə eMarketer görə, gələn il Instagram-dan gələn gəlir payı bütün Facebook gəlirinin 16% təşkil edə bilər, ötən il isə bu rəqəm 10.6% idi. Gələcəkdə bu rəqəmin artacağına şübhə yoxdur.
Nəcibə Yusifova, banco.az