2018 Dünya Kuboku Rusiya İqtisadiyyatına nə vəd edir? | Banco.az

2018 Dünya Kuboku Rusiya İqtisadiyyatına nə vəd edir?

Dünyanın demək olar ki, bütün yerlərində izlənilən FIFA Dünya Kuboku adi bir idman hadisəsi deyil. FİFA-nın hesablamalarına görə, 250 milyon insan futbolla məşğul olur və dünyada 1,3 milyarddan çox futbol sevənlər var.

FİFA Dünya Kubokunun populyarlığı, universal pərəstişkarlığı hər nə qədər futbol hadisəsi olsa, bir o qədər də iqtisadi hadisədir. Xüsusilə ev sahibi ölkələr üçün, bu hadisələr ölkələrin idman şüurunun ölçüsünü, onun sosial və iqtisadi gücünü nümayiş etdirmək üçün nadir bir fürsətdir. Ev sahibi ölkələrinin bu öhdəliyi uğurla icra etməsi də, beynəlxalq arenada ölkələrin tanınmasına, eyni zamanda digər sənaye sahələrinin, xidmət sferalarının inkişafına da səbəb olur. Baxmayaraq ki, bəzi ev sahibi ölkələrin buna ehtiyacı yoxdur, istənilən halda ölkə rifahı bu hadisələrdən çox təsirlənir. Çox xərc tələb edən bir prosesdir, qəbul edirəm. Bəs dəyərmi? Əlbəttə.

Bu il, hal-hazırda davam edən Dünya Kubokuna Rusiya ev sahibkarlığı edir. Rusiya höküməti qeyd edib ki, bu sahibkarlığın ümumi maliyyəti (xərcləri) ortalama 11 milyard dolları əhatə edir. Biraz daha dəqiq desək, idman infrastrukturunun tikintisi üçün 4.22 milyard, stadionların və nəqliyyat vasitələrinin inkişafı üçün 3.63 milyard, yaxşılaşdırılması üçün 1.18 milyard və digər xərclər üçün 1.85 milyard vəsait ayrılıb. İdman infrastrukturunun xərcləri ümumi xərclərin 38 %-dən çoxunu təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Oyunlar, əvvəlcədən müəyyən edilmiş 11 şəhərdə olmaqla, 12 stadionda keçirilir və stadionların ümumi oturacaq tutumu 550 mindir. Bu şəhərlərə Moskva, St. Petersburg, Soçi, Kazan, Saransk, Kaliningrad, Volgograd, Rostov-on-Don, Nizhny Novgorod, Yekaterinburg and Samara aiddir.

Sevinc Hüseynova, banco.az