Bu sözləri iş mühitində istifadə etmək olmaz! | Banco.az

Bu sözləri iş mühitində istifadə etmək olmaz!

Gündəlik həyatınızda işlətdiyiniz, lakin iş mühitində, xüsusilə də e-poçt vasitəsilə yazılı danışıqlar və ya sosial dialoqlarda istifadə etməməli olduğunuz bəzi sözlər vardır. Bu sözlər sizə heçnə qazandırmayacağı kimi qarşıdakı insanda yalnış təəssürat yarada bilər.

  1. Bəlkə

Nəql etməyə çalışdığınız hadisə və ya çatdırmağa çalışdığınız mesajda istifadə etdiyiniz “bəlkə” sözü ilə ifadə etdiyiniz cümləni daha da zəif göstərəcəksiniz. Bu tam əmin ola bilməmə duyğusu ilə yanaşı inamsızlıq təsiri də bağışlayır. Ən azından əmin olduğunuz bir fikir bildirib bildiyiniz bir zaman dilimindən bəhs edin. Əsla əmin olmadığınız bir vəziyyətdə “bəlkə” deyərək yaxşı təəssürat yarada bilməzsiniz.

    2. Bilmirəm

Bu sözü istifadə etmədən/yazmadan öncə sizə ünvanlanan suala cavab tapmağa çalışın. Bu halda e-poçtlarınız və sənədləriniz daha dəqiq, daha istiqamətli olacaq və sizə ünvanlanan hər hansı bir suala asanlıqla açıqlıq gətirə biləcəksiniz.

      3. Həqiqətən

Hər nə qədər xüsusi diqqət çəkən söz kimi görünsə də, əslində bu söz “həqiqətən” sizə kömək etmir. Açığı bu sözü işlədərək vurğulamaq istədiyiniz məsələni daha qarışıq hala sala bilərsiniz. Nə üçün vurğuya ehtiyac duyursunuz? Bu sözdən istifadə etmək əvəzinə o vaxt iclasdasınızsa ya da bir mövzu ilə bağlı söhbət edirsinizsə bəhs etdiklərinizin əhəmiyyətini və məğzini xüsusi vurğudan istifadə etmədən açıqlamaq, əmin olun ki, daha təsirli olacaq.

Ən sərfəli kredit üçün müraciət et

      4. Əlbəttə

Bu sözün düşündüyünüzün əksinə, əslində çatdırmağa çalışdıqlarınızı korlaya biləcək gücü vardır. Açıqlıq gətirməyə çalışdığınız məsələni daha çox ön plana çıxarıb həddindən artıq iddialı göstərə bilər. Əmin olduğunuz bir mövzuda belə, xüsusilə də e-poçt yazışmaları zamanı bu sözdən istifadə etməmək sizin fikirlərinizi ya da dediklərinizi daha inandırıcı edəcəkdir.

    5. Güman ki

Hər nə qədər qane edəcək bir söz kimi görünsə də, əslində qeyri-müəyyənlik göstəricisidir. Söhbət zamanı cavabları təxmin etmək yerinə dəqiq cavab vermək sizin üçün qarşı tərəfin nəzərində müsbət tədir yaradacaqdır. “Güman ki” sözü dəqiqlik bildirmədiyi üçün haqqında danışdığınız mövzunu tutarsız göstərəcəkdir. Bu halda qarşı tərəf məsələni dəqiqləşdirmək üçün əlavə suallar verə bilər.

     6. Olduqca

Bu söz danışığınızı gücləndirmək yerinə daha da zəif göstərəcəkdir. “Olduqca” sözü xüsusilə də yazılı danışıqlar zamanı mətninizi lazımsız şəkildə dolu gösərməyə çalışdığınız təsiri yaradacağından, izah etməyə çalışdığınız mövzunu açıqlayıcı tərzdə çatdırmaq mövzunu daha uğurlu olacaqdır.

Tamara Mustafayeva, banco.az