Dünyaca məhşur ulduz futbolçulardan biri Cristiano Ronaldodur. Forbesin verdiyi məlumata görə ulduz futbolçu 2017-c ildə 108 milyon dollar gəlir əldə etmiş və onun 47 milyon dollarını reklamlardan qazanmışdır. O, Nike, Armani, Tag Heuer, Herbalife, Emirates, Clear Vita ABE və s. kimi dünya brendlərinin reklam simasıdır. Lakin digər brendlərlə müqayisədə Nike futbolçunu 18 yaşından kəşf edib. Qısa zaman əvvəl futbolçu Nike ilə illik gəliri 22.5 milyon evro olan ömürlük müqavilə imzalayıb. Futbolçunun əməkdaşlıq etdiyi bir sıra geyim markaları var, hansı ki, gəlirin 13%-i futbolçunun hesabına köçürülür. Bundan əlavə Ronaldo daşınmaz əmlaka da geniş miqyaslı yatırım həyata keçirir. O, Madrid, Lissabon , Nyu York və Madeyrada mövcud olan Pestana Hotellər qrupuna 40 milyon dollar yatırım edib. (Layihənin 50%-i futbolçuya aiddir).
2017-ci ildə futbolçunun CR7 adındakı brendi Crunch Fitness şirkətiylə əməkdaşlığa başlayıb və Madriddə fitness-klub açıb. Bundan əlavə futbolçunun mobil tətbiqləri (Ronaldo Kick’n’Run, CR7 Selfie) və Madriddə muzeyi mövcuddur.
Messi dünya üzrə tanınan bir digər futbol ulduzudur. Bir çox tanınmış şəxslər kimi onun da varidatı və biznesi bir çoxlarının diqqətini cəlb edir. “Barcelona” komandasının heyətində aparıcı rol oynayan futbolçunun orta illik gəliri 104 milyon dollar təşkil edir. Bundan əlavə futbol ulduzu bir sıra reklam kampaniyalarından sərvət dəyərində gəlir əldə edir. Forbes jurnalının məlumatına görə, futbolçunun 2017-ci ildə əldə etdiyi gəlir məbləği 80 milyon dollar təşkil edirdi, hansı ki, bunun təqribən 27 milyonu reklamlardan əldə olunmuşdu. Onun maliyyələşdirən ən böyük idman brendlərindən biri olan Adidas illik olaraq futbolçuya 20 milyon evro ödəniş edir. Bundan əlavə idmançı Gatorade, Huawei Technologies, Mastercard, Pepsi, Lay's və bir sıra digər brendlərlə də əməkdaşlıq edir. Messi həmçinin 2018-ci ildə Alfa Bankın siması olub.
Bundan əlavə futbolçu özü də müəyyən yatırımlar edir. Onun, şərabçılıq sahəsinə etdiyi yatırım buna misal ola bilər. Bu yatırımlardan biri Argentinanın istehsal etdiyi “Leo”adlı şərab növüdür. Bundan əlavə idmançı daşınmaz əmlaka da yatırım edir. Sonuncu dəfə futbolçu İspaniyada 30 milyon evro dəyərində villa almışdı.
Nəcibə Yusifova, banco.az