Gələcək iş mühitində övladlarımıza lazımlı olacaq 10 əsas bacarıq! | Banco.az

Gələcək iş mühitində övladlarımıza lazımlı olacaq 10 əsas bacarıq!

Dünya İqtisadi Forumunun "Qlobal İnsan Sərmayəsi hesabatı 2017"  hesab edir ki, bu günki təhsil sistemlərində tədris olunan mövzuların əksəriyyəti iş dünyasında tələb olunan bacarıqlara yönəldilmir. 

Torrance yaradıcı düşünmə testi , tez-tez uşaqların fərqli düşünmə tərzlərinin zaman içində  necə azaldıldığına nümunə olaraq göstərilən bir testdir. İngilis dilində Torrance Tests of Creative  Thinking (TTCT) adlanan bu test, öz növbəsində ən geniş istifadə edilən və ən etibarlı testdir, çünki test edilməli olan şəxsin öz həyat təcrübələrini daha  dərindən düşünməsi lazımdır.

Dünya İqtisadi Forumuna əsasən, uşaq bağçasında oxuyan uşaqların 98%-i yaradıcı olur.  Ancaq uşaqlar ənənəvi məktəb sistemində təhsil aldıqlarına görə  bu yaradıcılıq qabiliyyəti getdikcə  azalır və 25 yaşına çatan şəxslərin yalnız 3%-i "yaradıcı dahi" olaraq qalmaqda müvəffəq olurlar. Ancaq son 25 ildə TTCT  gənclər arasında bu nisbətin getdikcə azaldığını göstərir.

Günümüzün təhsil sistemlərində tədris olunan bacarıqların əksəriyyəti bugünkü işçi bazarlarında işləmək üçün tələb olunan bacarıqlardan uzaqdır. Bundan başqa, dünya iqtisadi formunun  reportunda, məktəblərdə balaca yaşından uşaqlara  problemlərin həlli, yaradıcı ideyalar və ya komanda birliyi kimi bacarıqları təşviq etməkdən daha çox  ənənəvi mövzulara aid bacarıqların inkişafını diqqət mərkəzində saxlayır.

IV Sənaye İnqilabında tələb olunan bacarıqlara baxarkən bunu narahatlıq qaynağına çevirmək düzgün yanaşma olmazdı. Dünya İqtisadi Forumunun "İşin Gələcəyi" hesabatına görə, 2015-ci ildə iş dünyasında ehtiyac duyulan ən yaxşı 10 bacarığı bunlar idi:

Ən sərfəli kredit üçün müraciət et

Kompleks problemi həll etmək
Bacarıqları birləşdirmək, (koordinasiya)
Liderlik
Tənqidi düşünmə
Müzakirə
Keyfiyyətə nəzarət
Adaptasiya xidməti, (orientasiya)
Mühakimə və qərar vermə
Aktiv Dinləmə
Yaradıcılıq

İşlərin Gələcəyi hesabatına görə, 2020-ci ildə iş dünyasında ən çox ehtiyac duyulan 10 bacarığı aşağıdakı kimi olacaq:

Kompleks problemi həll etmək
Tənqidi düşünmə
Yaradıcılıq
Liderlik
Bacarıqları birləşdirmək, (koordinasiya)
Emosional Zəka ( EQ)
Mühakimə və qərar vermə
Adaptasiya xidməti (orientasiya)
Müzakirə
Zehni rahatlıq

Bu iki sıralamaya baxdığımızda ən təəccüblü detal yaradıcılığın onuncu yerdən üçüncü yerə yüksəlməsidir. Buna baxmayaraq, 2015-ci ildə iş dünyasında lazımi ilk 10 bacarıq arasında olmayan emosional zəka "2020-ci ildə iş dünyasında ən çox ehtiyac duyulan 10 bacarıq" siyahısında altıncı yerdədir. 2015 siyahısında olmayan 2020 siyahısında olan  başqa bir bacarıq isə zehni rahatlıqdır. İşin pis tərəfi isə, bütün bu bacarıqların ənənəvi təhsil sistemində aydın şəkildə ortaya çıxmamasıdır.

Nəticədə, əgər biz gələcək üçün uşaqları hazırlamaq istəyiriksə, biz öyrənmə və təhsil anlayışlarını yenidən nəzərdən keçirməliyik. Artıq bir-biri ilə əlaqəli və dinamik olan bir dünyada, uşaqların hər gün dəyişərək müxtəlif şəkil alan işlərdə, hazırda mövcud olmayan və ya ixtira etməli olduqları işlərdə özlərini tapa biləcəyi həqiqətini dərk etməliyik.

UNUTMAYAQ .

6 ədəd standart kubik parçasını birləşdirmənin 915 milyondan çox yolu var.