"Unibank"ın Marketinq Departamentinə yeni direktor təyin olunub. Rəhbərliyin qərarı ilə Rasim Babayev Marketinq Departamentinin direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki Rasim Babayev 2010-cu ildən Unibankda çalışır. Əvvəlcə maliyyə əməliyyatlarına nəzarət şöbəsində mütəxəssis, 2013-cü ildən bu təyinatadək bankın Pərakəndə Biznesin inkişafı departamentində direktor müavini vəzifəsində çalışıb. 1982-ci il təvəllüdlüdür və Qafqaz universitetini bitirib.