Şirkətlərin stehlakçılara teqdim etdikləri hər bir məhsulun cəlbediciliyi üçün marketinqin sehirli toxunuşuna əlbəttəki ehtiyacları vardır. Bəs incəliklə verilməli olan qərarlarda səhvlərə yol verilsə, onda necə?
Markanın məşhurluğuna və müştərilərin etimadının zədələnməsinə səbəb ola biləcək belə səhvlərdən bəziləri ilə tanış olaq:
Airborne: uydurma müalicə üsulu
1990-cı illərdə vitamin və mineral əlavələri istehsal edən “Airbone”, yoluxucu xəstəliklərdən hesab edilən qrip və soyuqdəymənin qarşını alma və təsirlərini azaltma vədləri ilə ortaya çıxdı. Bəs doğrudan da belə idimi? Daha sağlam və etibarlı qida məhsulları üçün cəmiyyətin mənafeyini müdafiə edən “Center for Science in the Public İnterest” (CSPI) təşkilatı tərəfindən aparılan araşdırma bu iddiaların heç bir tibbi sübutunun olmadığını müəyyənləşdirdikdə Airbone 23.3 milyon dollar həcmində kompensasiya ödəməyə məcbur olmuşdu.
Splenda: Şəkərdən hazırlanmır
Demək olar ki, hər yerdə şəkər əvəzləyicisi olaraq rast gəldiyimiz Splenda isə “Şəkərdən hazırlandı, bu səbəbdən şirin dadır” şüarı ilə 2000-ci illərdə geniş yayılmışdı və müştərilərini təbii olduğuna dair inandırmağı bacarmışdı. Lakin “Şəkər birliyi” təşkilatı məhsulun şəkərdən hazırlanmadığını, tərkibində kimyəvi qatqıların çoxluq təşkil etdiyini müəyyənləşdirib şirkətə məhkəmə işi açdı. Məxfilik qərarı ilə davam edən məhkəmə işində 2007-ci ildə razılıq əldə edildi.
New Balance: Çəki itirməyinizə səbəb olmur
2011-ci ildə “New Balance” brendi yeni ayaqqabı seriyasını “əzələlərin aktivləşməsini və kalori itirilməsini təmin edir” ifadələri ilə tanıdarkən bu ifadələrin əslində insanları aldatmaq olduğunu düşünürdümü? Xeyr. Daha sonra həyata keçirilən bir çox araşdırma nəticəsində bu ayaqqabıların digər adi ayaqqabılarla qarşılaşdırılması zamanı insan sağlamlığı üçün heç bir ekstra fayda gətirmədiyi, hətta əzələ zədələnməsinə belə səbəb ola biləcəyi sübut edildi.
Redbull: qanadlandırmır
Bu nümunənin diqqət çəkici olmasının səbəbi isə əlbəttəki “Redbull” un qanadlandırmadığını bilməyimizdir. Amerikalı bir istehlakçının 10 ildir bu məhsulu istifadə etməsinə baxmayaraq nə zehni, nə də fiziki inkişaf müşahidə etmədiyini və “Redbull” şirkətinin bu şüarla rəqiblərini üstələməyi planladığını iddia edərək şirkətə məhkəmə işi açmışdı. Nəticədə “Redbull” şirkəti iddiaçı tərəflə 13 milyon dollarlıq müqavilə imzalayaraq razılığa gəlmək məcburiyyətində qaldı. Lakin bugün hələ də bu şüarı eşidirik, elə deyilmi?
Volkswagen: ətraf mühit üçün heç bir iş görmür
Federal Ticaret Komissiyası (TFC) 2016-cı ildə şirkətə məhkəmə işi açdı, səbəbi isə markanın təmiz, dizel enerjisindən istifadə etdiyini reklamlarda ifadə etməsinə baxmayaraq həqiqətdə bunun tam əksinin çıxması idi. Emissiya testlərində 7 il ərzində hilə işlətdiyi ortaya çıxan şirkətin hələ də xalqın gözündə rəğbətini qazanmaq üçün nə qədər çalışdığını görürük.
Tamara Mustafayeva, banco.az