Kriptovalyutanın dəyəri gələcək yarım ildə artacaq | Banco.az

Kriptovalyutanın dəyəri gələcək yarım ildə artacaq

Analitiklər yenidən kriptovalyutalar mövzusunda çıxış edərək gələcək yarım ildə dəyərlərinin artacağını açıqlayıblar

Gələcək illərdə ənənəvi biznes sahələri aktiv şəkildə kriptovalyutalara yatırım etməyə başlayacaqlar. Bu haqda açıqlama ilə Fundstart-ın analitiki Tom Li, Bloomberg-ə açıqlama verərkən bildirib. Onun sözlərinə görə, rəqəmsal pul bazarının gücləndirilməsi institusional və pərakəndə investorlar tərəfindən belə pulların mənimsənilməsinə müsbət təsir göstərəcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Li əmindir ki, bitkoinin qiyməti 2018-ci ilin sonunadək 25 000$, növbəti ildə isə 14000$ həcmində olacaq. Fundstrat-ın digər eksperti Robert Slaymerin sözlərinə görə, rəqəmsal pul yaxın gələcəkdə aşağı enməyə başlasa, bitkoin 7000$-a qədər ucuzlaşacaq və sonra yenidən yüksələcək.

O, həmçinin kriptovalyutaların qiymətinin 7000$ da aşağı düşə biləcəyi ehtimalı olduğunu, lakin gələcək üçün yenə də yaxşı yatırım olacağını açıqlayıb.

Nəcibə Yusifova, banco.az