NatWest kartsız onlayn ödəmə sistemini sınaqdan keçirir | Banco.az

NatWest kartsız onlayn ödəmə sistemini sınaqdan keçirir

Onlayn alış-veriş zamanı ödəniş edilməsi üçün vaxt sərf edərək debet və ya kredit kartlarına dair məlumatların daxil edilməsi artıq keçmişdə qalacaq. Belə ki, tanınmış kreditor NatWest bank köçürməsi yolu ilə onlayn ödənişləri sınaqdan keçirməyə başlayır.  

Şotlandiya Royal Bankının filialı olan NatWest mobil telefon istehsalçısı Carphone Warehouse ilə birlikdə sürətli ödəmə sistemini sınaqdan keçirir. Sınaq uğurlu olduğu təqdirdə digər şirkətlərlə də əməkdaşlıq üçün əlaqə yaradılmışdır.

Bu üsulu seçən istifadəçilər telefonlarına yüklənilmiş barmaq izi tanıma proqramı vasitəsiylə və ya onlayn bank məlumatlarını daxil etməklə ödənişi təsdiqləmək üçün NatWest-in rəsmi internet saytına yönləndiriləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Bu üsulun tədbiqi ilə həmçinin NatWest-in “3D təhlükəsizlik” təsdiq sistemi də funksiyasını dayandırmış olur.

NatWest bu xidməti təklif etmək üçün maliyyə xidmətlərinə rəqabəti artırmaq məqsədilə ilin əvvəlində yaradılan “Açıq Bankçılıq”  texnologiyasından istifadə edir.

Bank bilirdi ki, bu yeni sistem köçürmə əməliyyatının təhlükəsiz şəkildə həyata keçirilməsini təmin edəcək.

Tamara Mustafayeva, banco.az