- Amerikanın aylıq dərc olunan biznes jurnalı “Fast Company” hər il olduğu kimi bu il də “Dünyanın ən yenilikçi şirkətləri” siyahısının 2018 versiyasını nəşr etdirib.
- Siyahıya görə dünyanın ən yenilikçi şirkətləri arasında Apple, Netflix, Square, Tencent, Amazon, Spotify və NBA kimi brendlər də yer tutub.
“Fast Company” jurnalının dərc etdirdiyi siyahıda dünyanın tanınmış şirkətlərindən tutmuş meşələrin qırılmasının qarşısını almaq üçün təbii saqqız istehsal edən kiçik bir şirkətə qədər 36 fərqli kateqoriyadan 350 şirkət yer alır. Ancaq biz sizlərlə bu siyahının ilk 10 sıralamasını paylaşacağıq.
1. Apple
Texnolji avadanlıqların istehsalına görə dünyanın aparıcı şirkkətlərindən hesab olunan Apple, istehlakçılara ağıllı telefonlar və xidmətlər təklif etməsiylə tanınsa da, bu yaxınlarda şirkətin elektriklə çalışan və sürücüsüz idarə olunan avtomobil icad etmək üçün çalışdığı deyilir. Bununla yanaşı “The Wall Street” jurnalının verdiyi xəbərə görə Apple şirkəti Amerikanın çoxmillətli investisiya bankı olan Goldman Sachs ilə əməkdaşlıq edərək Apple Bay adlı kredit kartı çıxartmağa hazırlaşır.
2. Netflix
İnternet üzərindən yayımlanan və bu sahədə aparıcı olan Netflix kanalı həmçinin öz xüsusi məzmunlarını da hazırlayır.
3. Square
2009-cu ildə Twitter sosial şəbəkəsinin qurucusu Jack Dorsey və Jim McKelvey tərəfindən təsis edilən ABŞ mərkəzli maliyyə xidməti və mobil ödəmə şirkəti olan Square çeşidli proqram və ödəmə vasitələri məhsullarını satışa çıxarır. ABŞ, Kanada, Avstraliya, Yaponiya və Birləşmiş Krallıqda fəaliyyət göstrən şirkət müştərilərinin Ios və ya Android proqramlı telefonlarda yaxud kompüterlərdə offlayn rejimdə olarkən ödəniş etmə və kredit kartlarını qəbul etmələrinə imkan yaradır.
4. Tencent
Çində fəaliyyət göstərən Tencent Holding Limited internet xidmətləri və məhsulları, əyləncə, süni intellekt və texnologiya sahəsində ixtisaslamışdır. Bu şirkət dünyanın ən böyük investisiya şirkəti, həmçinin dünyanın ən böyük internet və texnologiya şirkətlərindən biri, ən böyük və dəyərli oyun şirkəti (Tencent Games) və sosial media şirkətidir.
5. Amazon
Bu il ərzində türkiyədə də xidmət göstərməsi gözlənilən e-ticarət nəhəngi Amazon davamlı olaraq yenilikçi xidmətlərlə həm müştəriləri potensialını yüksəltmək həm də alıcı məmnuniyyətini artırmağı planlaşdırır. Uzun müddətdir ki, drone ilə çatdırılma xidmətini həyata keçirən şirkət bu ilin əvvəlində isə “Amazon Go” adlı kassirsiz mağazanın açılışını etdi.
6. Patagonia
Ekoloji sağlam geyimlərin istehsalına yönələn və üst geyim məhsulları satan ABŞ-ın Patagonia şirkəti geyim firmasıdır. 1973-cü ildə Yvon Chouinard tərəfindən təsis edilən şirkətin loqosunun üzərində Cənubi Amerikada yerləşən Patagoniya bölgəsinin Cerro Fitz Roy adlı qranit dağının silueti eks olunmuşdur.
7. CVS Health
ABŞ – ın əczaçılıq və səhiyyə xidməti təmin edən şirkəti olan CVS Health 2017-ci ildə Fortune jurnalının Fortune 500 siyahısında 7-ci, 177 milyard dollar illik gəliriylə isə Fortune Global 500 siyahısında 18-ci sırada qərarlaşdı.
8. The Washington Post
1877-ci ildə yaradılan The Washington Post ABŞ –ın paytaxtı olan Vaşinqton şəhərinin ən böyük və ən köhnə qəzetidir. Nyu York şəhərində yerləşən Kolumbiya Universitetinin jurnalistika, ədəbiyyat və musiqi kimi müxtəlif kateqoriyalarda verdiyi prestijli bir mükafat olan Pulitzer mükafatını 47 dəfə qazanan bu qəzet 5 avqust 2013-cu ildə Amazon jurnalının qurucusu Jeff Bezos tərəfindən 250 milyon dollar müqabilində satın alındı.
9. Spotify
İsveçrənin musiqi buludu olan Spotify heç şübhəsiz dünya üzrə bir çox insanın musiqi dinləmə vərdişlərini dəyişdirmişdir. Istifadəçilərinə nisbətən münasib aylıq abunə haqqı tətbiq etməklə geniş çeşidli musiqi kitabxanası təklif edən şirkət attığı addımlarla istifadəçi sayını gündən-günə artırır.
10. NBA
Şübhəsiz dünyanın ən yaxşı basketbol oyunçularının cəmləşdiyi və bu səbəbdən də dünyanın ən yaxşı basketbol liqası olan NBA yeni texnologiyanın üstünlüklərindən olduqca faydalanır. NBA oyunçularının yüksək performanslarında xüsusilə məşqlər zamanı istifadə edilən qabaqcıl texnologiyaların da rolu yüksəkdir. Bununla yanaşı NBA izləyicilərin də oyunları daha yaxşı izləyə bilməsi üçün virtual gerçəklik kimi texnolji üstünlüklərdən istifadə edir.
Tamara Mustafayeva, banco.az