Starbucks CEO-su Howard Schultz ABŞ prezidentliyi üçün istefa etdi? | Banco.az

Starbucks CEO-su Howard Schultz ABŞ prezidentliyi üçün istefa etdi?

Starbucks şirkətinin CEO-su (Baş icraçı direktor) Howard Schultz tutduğu vəzifədən istefa etdi. Onun ABŞ prezidentliyinə namizədliyini irəli sürmək üçün istefa verdiyi deyilir.

Şirkətin hazırki mövqeyinə çatmasında böyük əməyi olan 36 illik CEO, bu ay ərzində vəzifəsindən ayrılacaq. 77 ölkədə 28 min mağaza ilə fəaliyyət göstərən Sturbucks şirkətinin CEO-su 64 yaşındadır.

New York Times qəzetinin yayımladığı xəbərə görə, Schultz 2020 – ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək üçün vəzifəsindən istefa edib. Demokratlar partiyasının namizədi olacaq Schultz New York Times qəzetinə “Daha spekulyativ başlıqlar verməməyiniz üçün sizinlə açıq danışacağam. Bir müddətdir ki, ölkəmin daxilində dərinləşən parçalanma və dünyadakı mövqeyimiz məni olduqca narahat edir” şəklində müsahibə verib.

Ən sərfəli kredit üçün müraciət et

Schultz “Cəmiyyətdən aldıqlarımı geri qaytarmaq üçün tədbirlər görəcəyəm, lakin hazırda bunun nədən ibarət olacağına qərar verməmişəm” deyərək prezidentliyə namizədliyinə müsbət yanaşdı.

Sturbucks şirkətinin mühacirlər üçün iş imkanlarının yaradılması, reklam filmlərində cinsi azlıqların dəstəklənməsi kimi həyata keçirdiyi tədbirləri nəzərə alaraq, Schultzın Trumpa tam zidd bir siyasət həyata keçirəcəyini qabaqcadan söyləmək olar. Bəs siz nə düşünürsünüz, Schultzın prezident seçilmə şansı varmı?

Tamara Mustafayeva, banco.az