- Məqaləmizin mövzusu idman məhsulları istehsal edən, dünyanın aparıcı brendlərindən hesab edilən Amerika brendi olan Nike və Almaniya brendi Adidas arasında mövcud olan rəqabətin araşdırılmasıdır.
- 2006-cı ildən bəri Nike brendi Adidası illik qlobal gəlir baxımından hər il üstələyir.
- “Statista” nın yayımladığı dünyanın qabaqcıl 10 geyim brendinin 2017-ci il üçün nəzərdə tutulan marka dəyərləri siyahısına əsasən ilk sırada 34185 milyard dollar həcmində marka dəyərinə sahib olan Nike yer alarkən, Adidas isə 8296 milyard dollarlıq marka dəyəri ilə dördüncü sırada qərarlaşır.
- “CIES Football Observatory” nin apardığı araşdırmaya əsasən Avropanın beş əsas futbol liqalarında karyerasını davam etdirən ən bahalı 100 futbolçuya ödənilən cəmi məbləğ 897 milyard dollar təşkil edir. Bu göstəricinin 57% - ni Nike şirkətinin sponsorluq etdiyi futbolçular təşkil edərkən, 33%-ni isə Adidas firmasının sponsorluğuna sahib futbolçular təşkil edir.
İdman geyimləri dedikdə insanları çoxu dərhal Nike və Adidas haqqında düşünürlər. Bu iki böyük idman geyim brendinin rəqabəti illərdir ki, bir çox sahədə davam edir. Bəs hazırda rəqabət hansı səviyyədədir? Bu sualın cavabını tapmaq üçün rəsmi statistik göstəricilərə baxmaq lazımdır.
Mövzu ilə əlaqədar olaraq ilk növbədə sizlərlə məşhur statistika platforması olan “Statista” nın həyata keçirdiyi araşdırmanın nəticələrini bölüşmək istərdik. Statistika platforması “2018 Statista Qlobal İstehlak Araşdırmaları” adı altında ABŞ-da ən çox müraciət edilən geyim brendlərini müəyyənləşdirmək üçün tətqiqat apardı və bu araşdırmanın nəticələrini bu ilin aprel ayında yayımladı.
2017-ci ilin son rübündə, 18-64 yaş aralığındakı 2010 ABŞ vətəndaşının iştirakı ilə gerçəkləşdirilən araşdırma zamanı iştirakçılara “Geyim, ayaqqabı və aksesuar almaq lazım gəldikdə qeyd olunan brendlərdən hansıları üstün tutursunuz? sualı verildi. İştirakçıların verdikləri cavablara əsasən ABŞ da ən çox müraciət edilən 10 geyim brendi arasında Nike və Adidas da özünə yer tutmuşdur. Nike 51,69 %-lik göstərici ilə ABŞ-da üstünlük verilən geyim brendləri içərində 1-ci yeri, Adidas isə 42,14%-lik göstəricili ilə üçüncü yeri tutdu.
“Statista”-nın yayımladığı digər bir mühüm araşdırma nəticələri isə dünyanın qabaqcıl 10 geyim brendinin 2017-ci il ərzində əldə etdikləri marka dəyərləri ilə bağlıdır. Bu siyahıda həm Nike, həm də Adidas yer alsa da, Nike firmasının Adidasa qarşı əzici üstünlüyü nəzərə çarpır. Belə ki, bu araşdırmanın nəticələrinə əsasən Nike firmasının marka dəyəri rəqibindən dörd dəfə daha çoxdur. Sözügedən siyahıda 34185 milyard dollarlıq marka dəyərinə sahib olan Nike birinci yerdə, Adidas isə ikinci sıradakı Zara və üçüncü sıradakı H&M brendlərinin ardınca 8296 milyard dolarlıq marka dəyəri ilə dördüncü sırada qərarlaşıb.
Bu iki brendin dünyada fəaliyyət göstərən mağazalarının sayına görə isə Adidasın üstünlüyü nəzərə çarpır. “Statista” - nın məlumatına baxdıqda aydın olur ki, 2017-ci ilin göstəricilərinə əsasən Nike firmasının dünya üzrə 1142 mağazası, Adidas firmasının isə 1557 mağazası müştərilərə xidmət göstərir.
Ulduz futbolçular ilə sponsorluq anlaşması bağlanılması baxımından aparılan rəqabət
“Bloomberg” xəbər saytının bu ilin yanvar ayında yayımladığı xəbərə əsasən İsveçrə mərkəzli CIES Football Observatory adlı qurum mövzu ilə bağlı araşdırma aparmışdır.
“CIES Football Observatory” nin apardığı araşdırmaya əsasən Avropanın beş əsas futbol liqalarında karyerasını davam etdirən ən bahalı 100 futbolçuya ödənilən cəmi məbləğ 897 milyard dollar təşkil edir. Bu göstəricinin 57% - ni Nike şirkətinin sponsorluq etdiyi futbolçular təşkil edərkən, 33%-ni isə Adidas firmasının sponsorluğa sahib futbolçular təşkil edir.
Tamara Mustafayeva, banco.az