Bank VTB Azərbaycan ağacəkmə aksiyasını həyata keçirib | Banco.az

Bank VTB Azərbaycan ağacəkmə aksiyasını həyata keçirib

26 may tarixində Bank VTB (Azərbaycan) ölkəmizin sosial həyatında fəal iştirak edərək, bu mötəbər tarixin qeyd edilməsindən də kənarda qalmayıb. VTB (Azərbaycan) bu qürurverici gündə cəmiyyətə və ətraf mühitin qorunmasına öz töhfəsini vermək məqsədilə ağacəkmə aksiyasını keçirib.

Bank VTB Azərbaycan  korporativ sosial məsuliyyət siyasəti çərçivəsində paytaxtın Səbayıl rayonunda, Şıxov ərazisində ağacəkmə aksiyası keçirib. Aksiya zamanı Bank VTB Azərbaycan bankın əməkdaşları tərəfindən ərazidə Abşeron mühitinə uyğunlaşması və yayılması ilə tanınan yüz ədəd şam ağacı əkilib. 

Ən sərfəli kredit üçün müraciət et

Baş tutan ekoloji aksiyaya bankın rəhbərliyi, İdarə Heyətinin  sədri və əməkdaşları iştirak ediblər.”Bank VTB Azərbaycan hər zaman hər növ korporativ sosial məsuliyyət tədbirlərinə böyük önəm verib və bu gün tədbirin əsas məqsədi ətraf mühitin qorunmasının vacibliyini insanlara çatdırmaqla ictimai nəzarəti gücləndirmək, ekoloji tarazlığın bərpasını həyata keçirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirməkdir”. Bank bundan sonra da yeni sosial və ekoloji aksiyalar keçirməyi planlaşdırır”, - deyə Bank VTB Azərbaycan-ın İdarə heyətinin sədri Yevgeni Anatolyeviç Kirin bildirmişdir.