Dünyanın ən varlı şəxsi Ayda yaşayış məntəqəsi tikəcəyinə söz verib | Banco.az

Dünyanın ən varlı şəxsi Ayda yaşayış məntəqəsi tikəcəyinə söz verib

Amazon şirkətinin təsisçisi və direktoru Jeff Bezos bildirib ki, onun aerokosmik şirkəti olan Blue Origin hətta ABŞ dövlətinin maddi dəstəyi olmasa belə Ayda insanların yaşaya biləcəkləri yerləri axtaracaq. Bu barədə The Wall Street Journal saytı xəbər verib. Kosmosun inkişafı üzrə beynəlxalq konfransda çıxış edən zaman Jeff Bezos bildirib ki, Ayın tədqiq olunması insanlığın uzunmüddətli perspektivdə sağ qalması sualını ortaya qoyur. “Bu bizim edə biləcəyimiz bir şey deyil. Bu bizim etməli olduğumuz bir şeydir” – deyə Bezos bildirib.

Bundan əlavə olaraq o qeyd edib ki, əgər gələcək nəsil Yer kürəsindən kənarda Günəş sisteminin digər yerlərini fəth etməsə, həmin nəsil sağ qala bilməyəcək. Qeyd etmək lazımdır ki, Jeff Bezos dünyanın ən varlı şəxsidir və o hər il öz kosmik layihələrinə 1 milyard dollar vəsait xərcləyir. Jeff Bezos əmindir ki, əgər insanlıq kosmosa yollanmasa, Yer kürəsində inkişaf səviyyəsi ekoloji və digər fəlakətlər səbəbilə yerində duracaq. “Bu, mənim nəvələrimə arzu etmək istədiyim bir gələcək deyil” – deyə o əlavə edib. Çıxışı zamanı Bezos öz kosmik layihələrinin uğurlarından danışmasa da bildirib ki, Blue Origin onun əsas işidir.

Ən sərfəli kredit üçün müraciət et

O, hər il Amazon şirkətinin səhmlərini 1 milyard dollar qiymətinə satır ki, Blue Origin şirkətini dəstəkləyə bilsin. Qeyd etmək lazımdır ki, Blue Origin şirkəti kosmosa ilk turistik uçuşları 2019-cu ilə planlaşdırır. Bundan əlavə olaraq şirkət müxtəlif peykləri və kosmik aparatları Yer kürəsinin orbitinə və ondan kənara çıxarılması üçün raketlərin istehsalı ilə də məşğuldur. Blue Origin şirkəti NASA-ya dövlət-özəl biznes tərəfdaşlığı çərçivəsində Blue Moon eniş modulunun inşası layihəsini təklif edib.

Həmin modul Aya 5 ton faydalı yük göndərməyi reallaşdıra bilər. Bezos-un sözlərinə görə əgər NASA bu layihəni dəstəkləməsə belə o bu layihəni özü reallaşdıracaq. Bezos-un ideyasına əsasən yüngül sənaye Yer kürəsi üçün idealdır. Lakin onilliklər və yüzilliklər sonra ağır sənaye Yer kürəsindən o planetlərə keçirdiləcək hansılarda ki, o daimi Günəş enerjisini əldə edə bilsin. “Gələcəkdə bizim hal hazırda Yer kürəsində gördüyümüz işləri kosmosda görmək bizim üçün daha rahat olacaq. Çünki bizim yetəri qədər enerjimiz olacaq” – deyə Bezos bildirib.

Technote.az