Kredit Risklərinin idarə edilməsi şöbəsinə aparıcı/baş mütəxəssis
“ABB” ASC Kredit Risklərinin idarə edilməsi şöbəsinə aparıcı/baş mütəxəssis vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
Qanunvericiliyə, bankdaxili prosedurlara uyğun olaraq və müştərinin maliyyə hesabatları əsasında müştərilərin risk təhlilinin aparılması və müvafiq rəylərin hazırlanması
Kredit Komitəsinin qərarlarına dair hesabatların tərtib edilməsi
Müştəriyə ayrılacaq kredit məbləğinin müəyyən edilməsini həyata keçirmək
İri və korporativ müştərilər üçün bankdaxili reytinq sisteminin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi
Vakant vəzifə üzrə tələblər:
İqtisadiyyat və ya maliyyə istiqaməti üzrə ali təhsil
Kreditin təhlili sahəsində minimum 2 il iş təcrübəsi
Kreditlərin verilməsi, təsnifləşdirilməsi və s. barədə AR Mərkəzi Bankının və MBNP-nın müvafiq normativləri və qaydaları barədə biliklərə sahib olmaq
CFA və FRM üzrə sertifikat sahibləri və bu imtahan üzrə mərhələ keçənlərə əlavə üstünlük veriləcəkdir
Azərbaycan və ingilis dillərini mükəmməl bilmək
MS Excel, Word və Outlook proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti
Bu iş sizə nələri qazandıracaq:
Bank sahəsində iş proseslərini və bank xidmətlərini dərindən öyrənmək imkanı
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı
Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı
Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 01 İyun 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kredit Risklərinin idarə edilməsi şöbəsinə aparıcı/baş mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az