Həyatımız boyunca qarşımıza çıxan əngəlləri aşaraq yolumuza davam edə bildiyimiz müddətdə həqiqi uğur əldə edə bilərik. Əngəllər yorucu ola bilər, amma təslim olmadan irəliləsəniz, inanılmaz şeylərin həyata keçdiyini görəcəksiniz. Çünki, uğurun əsl başlanğıc nöqtəsi ilk olaraq özümüzə inanmaqdır. Əgər həqiqətən istəyirsənizsə, düşünmədən hərəkətə keçin. Hərəkətə keçən zaman qazanacağınız özəlliklərlə uğur yolu daha da asanlaşacaqdır. Ya indi, ya da heç vaxt!
1) Qorxunun Nə Olduğunu Bilmirlər.
Gözləntiləri qarşılaya bilməyəcəyimizi düşündüyümüz anlarda qorxunun pəncəsində olmuş oluruq. Lakin, təslim olmadığımız müddətdə bu qorxuların üstünə gedər və onları məğlub edə bilərik. Bununla da, həyatımızda qazanmağı arzuladığımız mübarizəni başlatmış və qazanmağa yaxınlaşmış olarıq.
2) Kreativ Bir Beynə Sahib Olarlar.
Hamımız cəmiyyətin bizə çox erkən yaşlardan bəri aşıladığı bəzi məsuliyyətlərlə ya da edilməsi lazım olan işlərlə formalaşmış xarakterə sahibik. Bu aşılanan düşüncə çox təəssüflər olsun ki, zehnimizdə bolluğa deyil, qıtlığa səbəb olur. Özümüzü bilmədən “Niyə heç nə yolunda getmir?” deyə sorğulayırıq. Lakin, əsla təslim olmayanlar kreativliyin qapılarını açmaq üçün sərhədləri aşarlar.
3) Cəsarətləri ilə Süper Qəhramana Çevrilərlər.
“Heç vaxt təslim olmayacam” dediyiniz anda əslində çox insanın cəsarət edəməyəcəyi riskləri də üstünüzə götürməyə başlayırsınız. Çünki, digərləri oturduqları yerdə xəyal etdiklərinin onlara gəlməsini gözləyərkən, siz yeni fürsətlər yaxalamaq, istədiyiniz qapıları açmaq ya da uğur əldə etmək üçün ac və cəsur bir ruha sahib olarsınız.
4) Hər Şeyin Mümkün Olduğuna İnanırlar.
Təslim olmağı rədd etdiyiniz zaman öhdəsindən gəlməyiniz lazım olan əngəlləri aşacaq enerjini içinizdə hiss edəcəksiniz. Uğurun ölçüsü bu yerdə, əldə etmək istədiyiniz, amma imkansız gördüyünüz o şeyi almaq üçün mübarizə aparmaqmı yoxsa rahat yerdə oturub gözləməkmi? Özünüzdən soruşun, təslim olmadan mübarizə aparsam nəticə necə olacaq? Maraqdırırsa, sınamağa dəyər və mümkündür.
5) Güclü Bir Xarakterə Sahib Olarlar.
Bunu etməliyəm deyərək yola çıxdığınız hər gün özünüz haqda bir çox şeyi kəşf edəcəksiniz. Belə edərkən də fərqində olmadan özünüzü tanıyır və edə biləcəklərinizin fərqinə vararaq daha da güclənirsiniz.
Həyatın qarmaqarışıqlığı içində yaşadığımız iqtisadi və sosial çətinliklər, məğlubiyyət duyğusu ilə bir yerdə yaşamağı öyrədir. Lakin, geri çəkilə bilmərsiniz, əsla məğlubiyyətə boyun əyə bilməzsiniz. İndi, dərindən bir nəfəs alın və əsla təslim olmayın!
Moneta.az