”Azərbaycanda blokçeyn texnologiyalarının tətbiqi imkanları” mövzusunda seminar keçirilib! | Banco.az

”Azərbaycanda blokçeyn texnologiyalarının tətbiqi imkanları” mövzusunda seminar keçirilib!

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) ”Azərbaycanda blokçeyn texnologiyalarının tətbiqi imkanları” mövzusunda  ekspertlərin fokus-qrup müzakirəsi keçirilib. Müzakirələrdə Avropa Banklar Federasiyasının Maliyyə bazarları siyasətləri üzrə məsləhətçisi və blokçeyn qrupunun rəhbəri Daniele De Gennaro, Rusiya, MDB  və Monqolustan bank bazarlarının SWIFT Hesablar üzrə direktoru Pavel Prokudin, Rusiyanın KPMG İnformasiya Riskləri Menecmenti Qrupunun baş meneceri Andrey Drozdov və KPMG Azərbaycanın İnformasiya Risklərinin İdarə edilməsi üzrə baş mütəxəssisi Aqil Əzimov iştirak ediblər.

Blokçeyn texnologiyalarının imkanları, Azexport portalı, Rəqəmsal Ticarət Qovşağı və Enterpriseazerbaijan.com Portalının fəaliyyəti və yeni innovativ tətbiqlər barədə fikir mübadiləsi olub. Azexportun dəstəyi ilə yeni işə salınmış mobil tətbiq haqqında  məlumat verilib. Portalın rəhbəri Zaur Qardaşov qeyd etmişdir ki, mobil tətbiq “GS1 Azərbaycan”ın məlumat bazasında və Azexport portalında qeydiyyatda olan məhsulların xüsusiyyətləri və istehsalçıları barədə məlumat almaq imkanı verir. Xarici bazarlarda ştrixkodlar məhsulların keyfiyyətinin qoruması, təchizat zəncirinin idarə edilməsi və e-commersin tətbiqi baxımından əhəmiyyətli rol oynayır.

Ən sərfəli kredit üçün müraciət et

Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli onlayn vahid ixrac ərizəsi və portalın yaratdığı imkanlar haqqında təqdimat etmişdir.

Azərbaycanda investisiya layihələri bankı haqqında isə Namiq Şalbuzov informasiya vermişdir.

Tədbirdə İİTKM tərəfindən hər il keçirilən Azərbaycan Rəqəmsal Ticarət Qovşağı Beynəlxalq Konfransında müzakirəyə çıxarılacaq mövzulara da toxunulmuşdur.