Readit saytı sizləri maraqlı məqalə və kitablarla tanış etmək missiyasını davam etdirir. Bu dəfəki məqaləmiz saytımızda qısa müddət əvvəl yerləşdirilən, Azərbaycan dilində ilk dəfə Readit onlayn kitabxanası vasitəsilə təqdim olunan “Kim deyir ki, fillər rəqs edə bilməz?” kitabının məzmunu haqqındadır. Kitabın müəllifi Lou Qersner nəhəng texnologiya şirkəti olan IBM-in və özünün buradakı fəaliyyətindən bəhs edir. Bu maraqlı kitabın qısa məzmununu oxumaq üçün saytımıza keçid edə bilərsiniz. => http://readit.az/az/library/book/85
Hələlik isə, kitabın nədən bəhs etməsi ilə ümumi şəkildə tanış olaq.
Kim deyir ki, fillər rəqs edə bilməz? kitabı Lou Qersnerin biznes uğurlarını ümumiləşdirməklə, onun IBM-i müflisləşməkdən necə xilas etməsindən bəhs edir. Qersner McKinsey, American Express və RJR Nabisco kimi Amerikanın qabaqcıl şirkətlərinin təcrübəsindən çıxış edərək, unikal bir strategiya tətbiq etməyə başladı. Qersnerin rəhbərlik və liderlik haqqında fikirləri istənilən sahədə istifadə edilə bilər. Stresdən ictimaiyyətlə əlaqələrə, maliyyədən şirkətin idarə edilməsinə qədər bir çox məsələləri ehtiva edən bu sistemdə Qersner öz həyat təcrübəsini ifadə edir.
Qersner IBM-də işləməyə başladığı dövrdən dörd əsas prinsipə əməl etmişdir:
1. Şirkətin bütövlüyünü qorumaq;
2. Şirkətin əsas iqtisadi modelinin dəyişdirilməsi;
3. Yenidənqurma;
4. Pul vəsaitlərinin artırılması üçün qeyri-maddi aktivləri satmaq.
Qersnerin riskə gedib IBM-in şöhrətini geri qaytarmasının əsas açarı IBM-in xidmət qrupunun fəaliyyətini sadəcə məhsulları təqdim etməkdən müştərilərin həqiqi ehtiyaclarının ödənilməsinə xidmət edən bir sistemə çevirməsi idi. Qersner IBM-in xidmət sahəsinin rəhbəri Deni Uelslə birlikdə şirkətin fəlsəfəsini yenidən formalaşdırdı.
Şirkətin şöhrətinin və texniki fəaliyyətinin bərpa olunması üçün atılan addımlarla yanaşı, Lou Qersner həmçinin, mədəniyyətin oyunun sadəcə hər hansı bir aspekti olmadığını göstərdi - o oyunun özüdür. İstənilən təşkilat öz xalqının sosial potensialını artırmaq üçün çalışan bir mexanizmdən başqa bir şey deyil. Öz-özlüyündə konkret baxış, strategiya və maliyyə idarəçiliyi kimi konsepsiyalar hər hansı şirkəti inkişafa apara bilər; lakin bu elementlər hər hansı bir təşkilatın əsaslarına yerləşdirildikdə, onun qeyri-adi uğurunu təmin edə bilər.
Lou Qersner IBM-in əvvəlki rəhbəri Tomas Vatsonun tətbiq etdiyi əsas mədəni prinsipləri müəyyən qədər dəyişərək, aşağıdakıları təklif edir:
1. Bazar gördüyümüz hər işin arxasındakı əsas təkanverici qüvvədir.
2. IBM əsasən keyfiyyət ilə maraqlanan bir texnologiya şirkətidir.
3. Müvəffəqiyyətin əsas ölçüsü müştəri məmnuniyyəti və səhmdar dəyəridir.
4. IBM bürokratiyanın az və məhsuldarlığın yüksək olduğu bir sahibkarlıq təşkilatıdır.
5. Strateji baxışınızı heç vaxt itirməməlisiniz.
6. Təcililik xüsusiyyətinə əsasən düşünmək və hərəkət etmək lazımdır.
7. Bacarıqlı və ambisiyalı insanlar, xüsusilə də komanda ilə işləyərkən, qoyulan hədəflərin hər birinin reallaşdırılması üçün çalışırlar.
8. İşlədiyiniz birliklərə və n işçilərin ehtiyaclarına qarşı həssas olmalısınız.
Nəhayət, kitabdan bir neçə ümumi nəticə çıxarmaq olar:
- Həmişə mübarizəyə hazır olun.
- Səhv etdikdə, onu düzəldin.
- Səhv etmədikdə belə düzəliş edin.
- Liderlik üçün şəxsi öhdəlik götürün.