Günümüzün tələblərinə uyğun olaraq, hər birimiz eyni anda birdən artıq şeyə fokuslanmağa çalışırıq. Hətta, boş vaxtlarımızda da eyni anda birdən artıq şeyi edərək həzz almağa çalışırıq. Vaxt keçdikcə eyni anda çox şey etməyin yaxşı bir şey olmadığını hiss edəcəksiniz.
Həyatınızı minimallaşdırın.
Məsələn, eyni anda birdən artıq kitab oxumaq yerinə bir kitabı oxuduqdan sonra növbəti kitaba keçmək, evdə eyni əşyadan birdən artığı varsa, onların sayını ən minimuma endirmək və eynilərini almaqdan imtina etmək ya da stresin qarşısını almaq üçün birdən artıq meditasiya etmək yerinə sadəcə bir meditasiyaya fokuslanmaq kimi…
Sadəcə, həqiqətən zövq aldığınız şeylərin arxasınca gedin. Düşünün və sizi əsl xoşbəxt edən şeyin nə olduğunu kəşf edin.
Sadəcə, tək bir şeyə fokuslanmaq:
Bir şey etmək, daha çox fokuslanmağınıza və çalışmağınıza səbəb olur. Bu müddətdə xətalarınızı, üstündə çalışdığınız zəif tərəfləri və üstün olduğunuz tərəfləri görə bilərsiniz. Bu şəkildə etdiyiniz işin nəticələrini də daha yaxşı analiz edə bilərsiniz.
Eyni anda çoxlu şeyi hesablaya bilmirik. Bir şey etməyin gücü, sizi yorğunluqdan xilas edə bilər. Çünki, həyatımızın bir çox sahəsində yalnız bir şeyi idarə edə bilərik. Çoxlu seçimlə qarşı-qarşıya qaldığımızda qərar yorğunluğu ilə baş-başa qalırıq.
Çoxlu şey həyatdan küsməyimizə səbəb olur. Bu da enerjinin əsas düşmənidir!
moneta.az