Mərkəzi bankının saytına istinadən 2018-ci ildə ödəniş kartlarının ümumi sayı 5 milyon 933 min ədəd təşkil edir. 2018-ci ilin birinci və ikinci ayına nəzər salsaq, kartların həcmində artım müşahidə edəcəyik.
Tarix |
Kartların ümumi sayı (min, ədəd) |
2018 Yanvar |
5820 |
2018 Fevral |
5890 |
2018 Mart |
5933 |
2018-ci ilin mart ayına olan göstərici keçən ilin mart ayından 8% çoxdur, belə ki 2017-ci ilin mart ayında ödəniş kartlarının sayı 5 milyon 496 minə bərabər idi.
Debet və kredit kartlarının sayına gəldikdə isə, 2018-ci ilin martında ölkədə olan ödəniş kartlarının 88%-i debet, 12%-i kredit kartıdır.
Debet kartlar (min, ədəd) |
Debet kartlarının ümumi sayı (min,ədəd) |
Kredit kartlar (min, ədəd) |
||
2513 |
1893 |
814 |
5220 |
713 |
42% |
32% |
14% |
88% |
12% |
Aparılan əməliyyatların sayı və həcminə gəldikdə isə, keçən ilin martına nisbətən bu il artım müşahidə olunur. Belə ki, 2017 ci ilin mart ayında ödəniş kartları ilə aparılan əməliyyatların sayı 8 milyon 465 min ədəd olmasına baxmayaraq hazırda bu göstərici 17% daha çox, yəni 9 milyon 944 min ədəd təşkil edir. Təqribən eyni artım əməliyyatların həcmində də müşahidə olunur, belə ki keçən ilin martında 1 milyard 323 milyon manat olan göstərici hal-hazırda 1 milyard 519 milyon manatdır.
Xəzər Aslanov. Banco.az