Azərbaycan iqtisadiyyatı ilə bağlı - PROQNOZ | Banco.az

Azərbaycan iqtisadiyyatı ilə bağlı - PROQNOZ

Dünya Bankı növbəti 3 il ərzində Azərbaycan iqtisadiyyatının əhəmiyyətli dərəcədə artımını proqnozlaşdırır.

Proqnozlara əsasən, 2018-ci ildə Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 1,8 faiz, 2019-cu ildə 3,8 faiz, 2020-ci ildə 3,2 faiz artacaq:

“Ortamüddətli perspektivdə Azərbaycan iqtisadiyyatının artım templəri qaz hasilatının genişlənməsi və Transanadolu boru kəmərinin işə salınması ilə sürətlənəcək”.

Analitiklər hesab edirlər ki, OPEK+ sazişinin müddətinin 2018-ci ilin sonunadək uzadılması fonunda Azərbaycanda hasilat həcmləri çox azalmayacaq. Bundan başqa, Dünya Bankı bu il neft qiymətlərinin artımını və bu qiymətlərin ortamüddətli perspektivdə sabitliyini proqnozlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

FED.az bu barədə təşkilatın hesabatına istinadən məlumat verir.

 

Dünya Bankı həmçinin 2018-ci ildə Azərbaycanda qeyri-neft ÜDM-in artımını proqnozlaşdırır ki, bu da dövlət investisiyalarının 83 faizədək artmasına gətirib çıxara bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et