Azərbaycanda depozitlərin gəlirliliyi azalıb | Banco.az

Azərbaycanda depozitlərin gəlirliliyi azalıb

 Azərbaycanda depozitlər üzrə orta faiz dərəcəsi bu il aprelin 1-nə manatda 10,06%, xarici valyutada isə 2,82% təşkil edib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu, martın 1-i ilə müqayisədə, müvafiq olaraq, 0,04 faiz bəndi az və 0,1 faiz bəndi azdır.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, martın sonuna fiziki şəxslərin əmanətləri üzrə orta faiz dərəcəsi manatda 11,04% təşkil edib ki, bu da fevralın sonuna 0,14 faiz bəndi azdır. Sözügedən göstərici xarici valyutada isə 3,58%-dən 3,43%-ə enib.