İşçi tiplərinin klassifikasiyası | Banco.az

İşçi tiplərinin klassifikasiyası

İşçilərin müxtəlif meyyarlar üzrə bölgüsü və tipizasiyası mövcuddur. Məqalədə Sizə “səriştəlilik” və “motivasiya” meyarları üzrə bəyəndiyim tipizasiya metodunu təqdim edirəm.

 

BALLAST – Sxemdəki ox işarələrindən göründüyü kimi, bu tip işçilərin səriştəlikləri və motivasiyası aşağı səviyyədədir. Belə işçiləri aktivləşdirmək çox çətindir, inkişafa can atmırlar və məsuliyyətdən gizlənməyə çalışırlar. Ballast – aşağı nəticəlilik nümayiş etdirir, bu səbəbdən də müəssisə üçün yükdür.

RESURS – bu tip işçilərə aid insanlar yüksək səriştəliklərə malikdir, lakin motivasiyaları aşağıdır. Resurs düşünür ki hazırki vəziyyət onun üçün kafidir, yeniliyə və inkişafa can atmır. Onu tutduğu mövqe qane edir. Nəticəlilik səviyyəsi ortadır.

Ən sərfəli kredit üçün müraciət et

AKTİV – səriştəlikləri və motivasiyaları yüksəkdir. Nəticəlilik yüksək səviyyədədir, bu insanları “ulduzlar” da adlandıra bilərik!

XƏRCLƏR – bu qrupa daxil olanlar adətən təhsil müəssisələrini yeni bitirən məzunlardır və ya digər sahələrdən cəlb olunanlardır. Yüksək motivasiyaya malikdirlər, daim yeni bir şey öyrənməyə can atır, potensialı ilə seçilirlər. Lakin səriştəlikləri azdır, onlara zaman və maliyyə xərclənməlidir ki, onlar da “ulduz” kateqoriyasına daxil edilsin.

Sabuhi J.Mammadaliyev