NBC Bank 2018-ci ilin ilkin göstəricilərini açıqladı: MƏNFƏƏTDƏDİR | Banco.az

NBC Bank 2018-ci ilin ilkin göstəricilərini açıqladı: MƏNFƏƏTDƏDİR

NBC Bank 31 mart 2018-c il tarixinə maliyyə göstəricilərini açıqlayıb.

Cari ilin ilk rübündə, bankın cəmi aktivləri 221,879 mln. manat olub. Bu isə ötən ilin sonu ilə müqayisədə 8,7% və ya 17,754 mln. manat çoxdur. Bankın aktivlərinin 8,922 mln. manatını nağd vəsaitlər, 2,131 mln. manatını Mərkəzi Bank və digər banklardakı müxbir hesablar, 2,554 mln. manatını isə banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər təşkil edib.

Müştərilərə verilən kreditlər artıb.

Sözügedən dövrdə, bank tərəfindən müştərilərə verilmiş kreditlər 2017-ci ilin yekun göstəriciləri ilə müqayisədə 6,6% artaraq 164,628 mln. manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bankın ilin birinci rübündə cəmi öhdəlikləri 164,255 mln. manat olub. Öhdəliklərin tərkibində depozit portfeli isə 31 yanvar 2017-ci il göstəricisi ilə müqayisədə 11,6% artaraq 82,529 mln. manat olub. 

Bankın cəmi kapitalı 3 ay ərzində 56,839 mln. manatdan 57,624 mln. manata qalxıb. Qeyd edək ki, NBC Bankın nizamnamə kapitalı 55,336 mln. manatdır.

Bank ilk rübü mənfəətlə başa vurub.

31 mart 2018-ci il tarixinə NBC Bank-ın əməliyyat mənfəəti 675 min manat olub. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalarını 144 min manat azaldan bankın xalismənfəəti 818 min manata çatıb.

Ən sərfəli krediti almaq üçün müraciət et