“Bank VTB Azərbaycan” nizamnamə kapitalını artırıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Bank VTB Azərbaycan” nizamnamə kapitalını artırıb

“Bank VTB Azərbaycan” ASC nizamnamə kapitalını 265 mln. manat və yaxud 6,215 dəfə artıraraq 315,815 mln. manata çatdırıb.

Bu məqsədlə dövriyyəyə hər birinin nominal dəyəri 0,2 manat olan 1,325 mlrd. ədəd yeni adi, adlı, sənədsiz səhm buraxılıb.

Səhmləri “Bank VTB Azərbaycan”ın əsas səhmdarı – “Bank BTB Rusiya” əldə edib. Hazırda Rusiya tərəfi Azərbaycandakı törəməsinin səhmlərinin 99,999995%-nə nəzarət edir. Səhmlərin qalan 0,000005%-i isə Adıgözəl Ağayevə ("AtaHolding”in İdarə Heyətinin sədri) məxsusdur.

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. 

Report.az