Günay Sığorta-nın maliyyə göstəriciləri açıqlandı: MƏNFƏƏTDƏDİR | Banco.az

Günay Sığorta-nın maliyyə göstəriciləri açıqlandı: MƏNFƏƏTDƏDİR

Günay Sığorta 1 yanvar 2018-ci il tarixinə maliyyə hesabatlarını açıqlayıb.

Sözügedən dövrdə, şirkətin cəmi aktivləri 14,349 mln. manat olub. Bu isə ötən ilin əvvəli ilə müqayisədə 44% çoxdur. Sığorta şirkətinin cəmi aktivlərinin 400 min manatını uzunmüddətli, 11,663 mln. manatını isə qısamüddətli aktivlər təşkil edib.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 3 dəfədən çox artaraq 6,516 mln. manata çatıb. 

Ən sərfəli kredit üçün müraciət et

Günay Sığorta-nın cəmi kapitalı isə 1 il ərzində cüzi artaraq  7,806 mln. manatdan, 7,833 mln. manata çatıb. Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 7,7 mln. manatdır.

Sığorta şirkəti ötən ili mənfəətlə başa vurub.

Ötən ilin sonunda cəmi gəlirləri 5,507 mln. manat, cəmi xərcləri isə 5,411 mln. manat olan Günay Sığorta, 2017-ci ili 95,955 min manat xalis mənfəətlə başa vurub.