Bitcoin fondunun qurucu rəhbərlərindən olan Con Matonis Bitcoin-in ötən ay balon olma haqqındakı qorxuları aradan qaldırdığını və özünün Bitcoin-ə olan inamının yeniləndiyini bildirib.
Aprelin 2-də Londonda keçirilən Maliyyə Yenilikləri konfransında çıxış edən Matonis Bitcoin-in bir balon olma ehtimalının düşünülməsinin belə riyakarlıq olduğunu ifadə edib və sözlərini belə tamamlayıb:
“Bitcoin-in balon olduğunu düşünən insanlara bunu demək istəyirəm ki, Bitcoin balon yox, balonu partladacaq iynədir. Əsl balonlar mərkəzi banklar tərəfindən yaradılan tamamilə nəzarətsiz istiqraz bazarları və saxta fond bazarlarıdır”.
Bitcoin-in yaşadığı eniş bir çox kriptovalyuta ilə əlaqəsi olmayan xəbər bülletenində 2017-ci ildə də yaşanan yüksəlişdən sonra balon xüsusiyyəti daşıdığı kimi təsvir olunmuşdu.
Bitcoin son bir neçə ay ərzində daha çox istifadəçilərin dostu və texnoloji bir hala gəlsə də, bazarda enişin davam edəcəyi gözlənilir. Xüsusən, bəzi ənənəvi iqtisadçılar, kriptovalyutaları satmağın vaxtının yetişdiyini söyləyirlər.
Matonis isə kriptovalyutaların eniş yaşamayacağına əmindir və gerçək dünya iqtisadiyyatında əhəmiyyətli bir yer alacağına inanır. Mövzuyla bağlı belə deyib:
“Bankların da prosesə daxil olması yaxşı yenilikdir, belə olan halda yeni likvidlik imkanları təmin ediləcək. Bunun nəticəsində Bitcoin üzərində qurulan müddətli əməliyyatlar bazarı görə bilərik”.
Matonis ilk olaraq 2012-ci ildə Bitcoin Fondunda işə başladıqda məqsədi kriptovalyuta vahidinin inkişafını təmin etmək idi, lakin ötən illərdə strategiyasıyla əlaqədar bir sıra problemlər ilə qarşılaşdığına görə bu məqsədini tam olaraq yerinə gətirə bilmədi.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.