Elon Musk “Tesla”nı müflis elan etdi | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Elon Musk “Tesla”nı müflis elan etdi

Milyarder Elon Musk “Tesla” maşınqayırma şirkətinin müflis olduğunu elan edib. 

O, bu barədə öz “Twitter” hesabında yazıb.

“Tesla” tamamilə müflis olub. İflasın hansı səviyyədə olduğunu təsəvvür edə bilməzsiniz”, - deyə o qeyd edib.  

Növbəti “twit”ində o, “Elon huşsuz vəziyyətdə “Teslakillı” şüşələri ilə “Tesla Model 3”-də tapılıb. Yanaqlarında qurumuş gözyaşları vardı”, - deyə bildirib. Hətta bu səhnəni əks etdirən foto da paylaşıb. 

Bu “twit”lərlə izləyiciləri ilə bir aprel zarafatı edən milyarder həm də “Tesla Motors”un 123 min “Model S” avtomobilinin 30 martda geri çağırılmasına cavab verib. 

 

 

Mənbə: Oxu.az