iPhone əslində harda istehsal olunur? | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

iPhone əslində harda istehsal olunur?

“iPhone-nun ABŞ-da istehsal olunmamasını düşünmək düzgün deyil” – deyə Tim Cook MSNBC ilə müsahibəsində qeyd edib. Müsahibə çərçivəsində şirkətin hal-hazırki direktoru Apple-ın Çin və digər ölkələrlə əməkdaşlığına olan təndiqlərə cavab verib. “Şirkət iPhone-nun hissələrini ABŞ-da istehsal edir. İnsanlar isə yekun məhsulun üzərində qeyd olunmuş ölkəyə fikir verməyə öyrəşiblər” – deyə Cook əlavə edib. Onun fikrincə yüksək texnoloji cihazların yığılması müxtəlif ölkələrdə reallaşdırılmalıdır.

 

iPhone cihazlarının ən əsas komponentləri ABŞ-da istehsal olunur. iPhone və iPad üçün olan şüşələr ABŞ-ın Corning şirkəti tərəfindən Kentukki-də, iPhone X üçün olan Face IDmodulu isə Texasda istehsal olunur. Cook-un sözlərinə görə Apple şirkətinin bəzi cihazlarında olan mikrosxemlər və iPhone istehsalı üçün nəzərdə tutulmuş təchizatlar da ABŞ-da istehsal olunur. Daha sonra ABŞ-da istehsal olunmuş bu komponentlər xarici ölkələrə göndərilir və Çində olan Foxconn və Pegatron kimi zavodlarda yekun məhsul daxilinə yığılırlar. 

technote.az