"Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti" 1 yanvar 2018-ci il tarixinə maliyyə hesabatlarını açıqlayıb.
Belə ki, sözügedən dövrdə şirkətin cəmi aktivləri 25,545 mln. manat olub. Bu göstərici 2017-ci ilin əvvəli ilə müqayisədə 18% azdır. Şirkətin aktivlərinin 7,984 mln. manatını uzunmüddətli aktivlər, 17,561 mln. manatını isə qısamüddətli aktivlər təşkil edib.
Sığorta şirkətinin öhdəlikləri də 1 il ərzində 6 mln. manata yaxın azalaraq 10,977 mln. manata düşüb. Hesabat ilinin sonunda kapital həcmi isə çox cüzi artaraq 14,568 mln. manat olub. Qeyd edək ki, 2017-ci ilin əvvəlində şirkətin cəmi kapitalı 14,355 mln. manat məbləğində qeydə alınmışdı. "AzərSığorta"-nın nizamnamə kapitalı isə 9 mln. manatdır.
Şirkət ötən ili mənfəətlə başa vurub.
Belə ki, 2017-ci ilin sonuna sığorta şirkətinin cəmi gəlirləri 48,835 mln. manat, xərcləri isə 45,202 mln. manat həcmində olub və nəticədə, şirkət ötən ili 3,633 mln. manat xalis mənfəətlə başa vurub.