Kapital Bank
Daxili Audit Departamentinin auditoru
Vakansiya haqqında məlumat:
Ümumi məlumat
Kapital Bank namizədləri Daxili Audit Departamentinin auditoru vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
İmkanlar
- Bank fəaliyyətinin bütün istiqamətləri üzrə biliklərin inkişaf etdirilməsi imkanı və biznes proseslərin təkmilləşdirilməsinə tövhə vermək
- Peşəkar kvalifikasiyanın artırılması üzrə sertifikasiya və treninqlərdə iştirak
- Peşəkar inkişaf üzrə fərdi yanaşma və dövrü qiymətləndirilmə
Öhdəliklər
- İllik Audit Planına əsasən həyata keçirilən audit yoxlamalarında iştirak etmək
- Yoxlama nəticələrini dəstəkləyən məlumatları toplamaq, təhlil və şərh etmək, sənədləşdirmək
- Biznes prosesləri yoxlamaq üçün planlaşdırılmış audit prosedurlarını həyata keçirmək
- Audit hesabatlarının yazılmasında iştirak etmək
Tələblər
- Audit, ümumi iqtisadiyyat, bank işi və uçot yönümlü ixtisaslar üzrə ali təhsil
- Bank sahəsində minimum 3 illik iş təcrübəsi
- Ünsiyyətqurma və təhlil qabiliyyəti
- Mükəmməl yazı bacarığı
- Mükəmməl Azərbaycan dili, səlis İngilis və Rus dili bilikləri
Maraqlanan namizədlər CV-lərini, mövzu hissəsində “Daxili Audit Departamentinin auditoru” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilər.