Şirkət rəhbərlərinin 88%-i manatın məzənnəsindən narahatdır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Şirkət rəhbərlərinin 88%-i manatın məzənnəsindən narahatdır

Azərbaycanda şirkət rəhbərlərinin (CEO) 88%-i milli valyutanın məzənnəsi ilə bağlı ehtimal edilən qeyri-sabitlikdən narahatdır. 

Bu "PwC Azerbaijan" audit şirkətinin keçirdiyi 2-ci illik CEO araşdırması zamanı bəlli olub. 

"PwC"nin aparıcı mütəxəssisi Vədat Ralə isə deyib ki, CEO-ların bir çoxu vergi yükünün artmasından narahatlıq keçirir. 

"CEO-ların 83%-i kadr çatışmazlığını və biznesə inamın olmamasını risk potensialı kimi görür. Onların 75%-i isə istehlakçının davranışının və xərclərinin dəyişməsini real risk kimi görür", - deyə o, qeyd edib. 

"PWC Azerbaijan"ın rəhbəri Mövlan Paşayev isə bildirib ki, bu araşdırmanın nəticəsində əsəsən, bu il Azərbaycanda 1-2% iqtisadi artım gözlənilir. 

Report.az