Azərbaycanda fəaliyyət göstərən şirkətlərin 66%-i gəlir perspektivlərindən əmindir.
Bu barədə "PwC" audit şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru Mövlan Paşayev məlumat verib.
Onun sözlərinə görə, təmsil etdiyi şirkət 2-ci illik CEO araşdırmasının nəticəsini açıqlayıb. "Bu, 21-ci illik qlobal CEO sorğusunun bir hissəsidir. Sorğu 40 Azərbaycan şirkətinin CEO-su arasında keçirilib. Biz sorğuya ölkənin ümumi daxili məhsulundan (ÜDM) payı çox olan şirkətləri seçmişik".
Report.az