3,7 saniyəyə insan səsi klonlaşdırıldı | Banco.az

3,7 saniyəyə insan səsi klonlaşdırıldı

Çinin texnika nəhəngi olan “Baidu”nun mütəxəssisləri insan səsini bir neçə saniyəyə təkrarlayan, “kopiya”layan süni intellekt alqoritmi yaratmışlar. Bu haqda motherboard nəşri 2018-ci ilin mart ayında çıxan bülletenində məlumat vermişdir.

Deep Voice” adlı neyron şəbəkə uzunluğu, davametmə müddəti 800 saatdan çox olan 2400 tamamilə müxtəlif səsləri səs fayllarının köməkliyi ilə insan səsini imitasiya etməyi bacarmışdır. Nəticədə süni intellekt alqoritmi sayəsində istənilən insanın səsini 4 saniyəlik dinləmə əsasında təkrarlaya, başqa sözlə nüsxələyə, “kopiya”laya bilir. Bir il bundan qabaq isə bu neyron şəbəkəyə bunu etmək üşün 30 dəqiqə vaxt lazım gəlirdi. Onu işləyib hazırlayanlar, developerlər, səsin əslinin onun “kopiyası”ndan heç cür fərlənmədiyinətam əmindirlər. Başqa sözlə onları bir birindən ayırmaq qəti mümkün deyildir.

Ən sərfəli kredit üçün müraciət et

Süni intellekt kişi və qadın səslərini diferensiallaşdırır, başqa sözlə onları fərqləndirir. Britaniya ingiliscəsini amerikan ingiliscəsindən fərqləndirir.

Mütəxəssislər hesab edirlər ki, bu kəşfi müxtəlif sferalarda tətbiq etmək olar. Məsələn səsini itirmiş insanlara kömək məqsədilə, sinxron tərcümə, rəqəmsal köməkçi və s. məqsədlər üçün istifadə etmək olar.

digitalazerbaijan.az