Kriptovalyuta bazarları ötən həftə qeyri-stabil xarakter aldı. Bazarın ümumi dəyəri 340 ilə 380 milyon dollar arasında dəyişdi.
Martın 11-də kriptovalyuta bazarının ümumi dəyəri 350 milyon dollara endikdən sonra cüzi canlanma yaşandı. Bitcoin 8320 dollaradək endi, Ethereum-un qiyməti isə 637 dollar oldu.
Son bir neçə gün ərzində Bitcoin-in gündəlik ticarət həcmi təxminən 5 milyard dollar səviyyəsində idi. Bir çox xüsusiyyəti ilə ABŞ dollarına bənzəyən və ona əsaslanan Tether-də görülən yüksək əməliyyat həcmi bazarın dəyişkənliyi üçün sübut kimi göstərilə bilər. Ən böyük kriptovalyuta platformalarında fəaliyyət göstərən investorların əksəriyyətinin kriptovalyutaların dəyərini dollara qarşı qorumaq üçün Tether-dən istifadə etdiyini nəzərə alsaq, bunu daha yaxşı başa düşə bilərik.
“CoinMarketCap”-in məlumatlarına görə, Tether-in günlük əməliyyat həcmi 2,3 milyard dollar təşkil edir. Bu dəyər Litecoin-in həcmindən təxminən 3 dəfə çoxdur, Ethereum-un gündəlik ticarət həcmi ilə 800 milyon dollar fərq təşkil edir.
Tanınmış kriptovalyuta investoru və analitiki olan “Crypto Rand” Bitcoin-in cızdığı bu tablonun investorlar üçün bir fürsət ola biləcəyini qeyd edib. Ötən 6 il ərzində çətin vatlar keçirən Bitcoin bunların öhdəsindən gəlməyi bacardı.
Məsələn, 2016-cı ilin dekabrında satış həcmi intensiv şəkildə artan Bitcoin-in qiyməti 800 dollara endi. Lakin bu qiymət 2017-ci ilin əvvəllərində 4000, sonunda isə 20000 dollara çatdı.
Bitcoin və digər kriptovalyutaların qeyri-stabil olmasına şərait yaradan amilləri də nəzərə almaq lazımdır. Bəzi fikirlərə görə, bazarın inkişaına maneə yaradan amil 1,5 milyard dollar dəyərindəki “Mt. Gox” Bitcoin-lərinin satılmağa başlanılmasıdır. Əgər “Mt. Gox” satışları bazara belə təsir edə bilirsə, bunun qısa müddətdə sona çatacağı düşünülə bilər. Belə olan halda, bazarda yenidən canlanma baş verəcək.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.