Çoxlarının xaricdə təhsil almaq arzusu var. Bilirik ki, bu, tələbələr üçün müxtəlif mədəniyyətləri daha yaxşı imkanlarla görərək özlərini inkişaf etdirmək üçün böyük bir şansdır. Bəs hər kəs bu arzuya çata bilirmi? Əlbəttə xeyr. Əsas maneə isə maddi problemlərdir.
Hamımız münasib qiymətlərlə ölkə xaricində keyfiyyətli təhsil almaq istəyirik. Bəs əyləncə? Əlbəttə, bəziləri də əylənməyə maraq göstərirlər. Bəziləri isə həqiqətən yaxşı təhsil verən universitetləri tapmaqda çətinlik çəkir.
Əlverişli qiymətlərlə yaxşı təhsil verən xarici universitetləri sizə təqdim edirik.
1) Cənubi Afrika / Johannesburg
Johannesburq, Cənubi Afrikanın təhsilinə sərmayə qoyduğu ən böyük şəhərlərdən biridir. Təhsil dilinin ingilis dili olması bura bir çox ölkədən dil öyrənmək üçün gələnlərin sayını artırır. Edilən investisiyalar sayəsində çox yüksək təhsil səviyyəsi olan Johannesburqun ən əhəmiyyətli üstünlüklərindən biri, onun universitetlərinin və təhsilinin digər İngilis dilli ölkələrə nisbətən daha ucuz olmasıdır.
Ödəniş haqqı ildə 3300 dollar ilə 3700 dollar arasında dəyişir.
2) Rusiya / Tomsk
Tomsk Federal dairəsinin paytaxtı Tomsk, Sibirin ən əyləncəli şəhərlərindən biridir. Şəhərdəki 6 universiteti ilə canlı bir atmosferi olduğunu söyləyə bilərik. Eyni zamanda, memarlığı da göz oxşayır. Yaşayış xərcləri paytaxt Moskva ilə müqayisədə iki dəfə ucuzdur. Bu şəhərdəki insanların Rusiyanın digər şəhərlərindən daha xoşbəxt və daha dünyagörüşlü olduğu deyilir.
Ödəniş haqqı ildə 2500 dollardan - 3000 dollara qədərdir.
3) Polşa / Varşava
Polşa Avropadakı həyatın maddi cəhətdən ən asan olduğu ölkələrdən biridir. Hər il minlərlə tələbə bu ölkəyə gedir. Tam bir tələbə şəhəridir! Hər kəs kimi, siz də Erasmus'la Polşaya gedən bir dostunuz var.
Ödəniş haqqı hər il 3500 dollardan 4000 dollara qədərdir.
4) Macarıstan / Budapeşt
Macarıstanın ən qədim universitetlərindən olan Pecs Universiteti 1367-ci ildə yaradılıb. Macarıstanda bir çox yaxşı universitetlərin olduğu Budapeştdə təhsil müddəti 3-4 il arasında dəyişir.
Ödəniş haqqı hər il 3500 dollardan 4000 dollara qədərdir.
5) Ukrayna / Kiyev
Şərqi Avropanın ən mühüm universitetlərinə ev sahibliyi edən Ukrayna gündən-günə təhsil sahəsində inkişaf edir. Kiyevi isə bir universitet şəhəri adlandıra bilərik.
Ödəniş haqqı, təhsil haqları və yataqxana da daxil olmaqla, hər il 2500 dollardan 3000 dollara qədər dəyişir.