Ethereum-un qurucularından olan Vitalik Baterin marın 9-da “Youtube”-da canlı yayımda Parisdə təşkil edilmiş “Ethereum Community Conference”-da çıxışı əsnasında Blockchain genişləndirmə həllindən bəhs edib. “Plasma Cash” adlanan bu yeni bu yeni tətbiqin hal-hazırda mövcud olan “Plasma” həllindən belə daha çox genişləndirmə imkan verəcəyini ifadə edib.
“Plasma Cash” Baterin və tərtibatçılar Den Robinson və Karl Floerş tərəfindən hazırlanıb.
“Plasma” isə 2017-ci ilin avqustunda Baterin və “Lightning Network”-ün yaradıcısı Jozef Puun tərəfindən hazırlanan, Blockchain üçün şəbəkə üzərində həll çıxaran bir sistemdir. Daha sadə dildə, Ethereum-un Blockchain kökünə gedəcək olan əməliyyatların və məlumatların sayını azaldaraq sistemi rahatlaşdırmağı və ağıllı kontraktlar və mərkəzi olmayan tətbiqlər (DApps) üçün əməliyyat ödənişlərini azaltmağı məqsəd qoyduğunu deyə bilərik. Əslində, bu sistem SegWit-ə çox bənzəyir.
Baterin “Plasma”-nın genişləndirmə probleminin hər bir istifadəçinin bir “Plasma” bloku yükləmək və doğrulamaq məcburiyyətində olmasına bağlayır və bunun “Plasma”-nın sürətli bir şəkildə böyüməsinin önünə keçdiyini qeyd edir.
“Plasma Cash” modelində isə Buterin belə bir nümunə verir, əgər bir istifadəçi hər hansı bir kriptovalyuta birjasında və ya üçüncü bir xidmət ilə müəyyən miqdarda Ether aldığında, avtomatik olaraq aldığı Ether ilə eyni dəyərə sahib və hər hansı bir birləşməsi və ya təhlil edilməyən özünə xas şəxsiyyəti olan bir “Plasma Coin” yaradılacağını söyləyir.
“Plasma Cash”-də istifadəçilərin yalnız təqib etmək istədikləri coin olan bloklara diqqət göstərmələri kifayətdir:
“İstifadəçilər yalnız sahib olduqları və ya maraqlandıqları coinlər haqqında məlumatların olduğu “Plasma chain”-in doğruluğu və etibarlılığına nəzarət edəcəklər”.
“Plasma Cash”-in alternativ istifadə sahələri mövzusunda isə Baterin birjaların bu texnologiyanın üstünlüklərindən faydalanaraq özlərini kiber hücumlara qarşı aha etibarlı hala gətirə biləcəklərini söyləyib.
Hər “Plasma Coin”-in yalnız bir sahibi olacağı üçün bu coinlərin əl dəyişdirməsi asan olmayacaq. Çünki kimsə başqasının coininin onun xəbəri olmadan ala bilməyəcək.
Baterin məsələ ilə bağlı verdiyi açıqlamada əgər “Plasma Cash” istifadə edən bir birjada kiber hücum meydana gəlsə, istifadəçilərin pullarını itirməyəcəyini bildirib:
“Birjada nə olursa olsun, istifadəçilər “Plasma” çıxış proseduru vasitəsilə pullarını geri ala biləcəklər”.
Baterin sözlərini “Plasma Cash”-in gələcəkdə istifadəsi ilə bağlı bəzi müsbət proqnozlarla başa vurub:
“Nə zaman qabiliyyətsiz bir tərtibatçı tərəfindən multi milyard dollarlıq bir birja hücuma məruz qaldıqda zərər çəkmiş investorlar artıq analoji hallarda pullarını itirməyəcəklər”.
“Segregated Witness” (SegWit) olaraq adlandırılan Bitcoin genişləndirmə həlli son vaxtlar bir çox müxtəlif birjada tətbiq olunmağa başladı. “Bitfinex” fevralın 20-də SegWit-dən istifadə edəcəyini elan etdi. “Coinbase” isə fevralın 23-də SegWit tətbiqinin istifadəsinə başladı. “Bitcoin Core” fevralın 26-da SegWit yeniləməsini yayımladı.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.