Daha yaradıcı bir həyat yaşamaq üçün 4 ünsür | Banco.az

Daha yaradıcı bir həyat yaşamaq üçün 4 ünsür

Yaradıcılığını müqəddəs elan edənlərin əksinə, Monti Piton kinosunun ssenarisini yazan və aktyorlarından Con Klise yaradıcılığın bir bacarıq deyil, bir proses olduğunu deyir. Daha yaradıcı bir həyat yaşamaq üçün nələr edə biləcəyinizi 4 sadə, ancaq işin özünü yaradan maddələrlə açıqlayan Kliseyə qulaq asaq.

1) Məkan

Klisenin ilk şərti, özünüzü xarici dünyadan təcrid edən bir məkan müəyyən etməlisiniz. Qətiyyən narahat olmayacağınız bir mühit yaratmalısınız, Kliseyə görə bu işin başlanğıcıdır.

2) Zaman

Oyunbaz olmaq üçün, insanın özünü məkanla məhdudlaşdırması bəs etmir. Müəyyən vaxt intervalı da müəyyənləşdirmək lazımdır. Hollandiyalı tarixçi İohan Huizinganın yazdığı bir məqalədən sitat gətirərək, zaman-məkan məhdudlaşdırması yaratmağın əhəmiyyətini vurğulayır.
Zamanınızı düzgün bölməyi və ondan effektli istifadə etməyiniz tövsiyyə olunur.
Gündəlik planlarınızı yazmağı, bu işlərə uyğun düzgün vaxt bölməyi və hər bir işə lazım olduğu qədər zaman ayırmağınız vacibdir.

Ən sərfəli kredit üçün müraciət et

3) Özünə güvənmək-Özgüvən

Özgüvəni hiss etmək üçün bunu bilməlisiniz: Yaradıcılıqda heç bir şey səhv deyil, səhv deyilən birşey yoxdur. Hər hansı bir fikri reallaşdırmaq istəyirsinizsə özünüzə güvənməli və bunu etməlisiniz. Alan Vatts deyir ki, “Ağılla düşünərək içindən gəldiyi kimi edə bilməzsən”.

4) Yumor

Hər zaman iş mühitində yumorun olması vacibdir. Gərgin olduğunuz müddət ərzində yaradıcılığınız azalacaqdır. Ona görə ən vacib maddə daima yumorlu olmağınızdır.

 İlkin Mirzəzadə, bizplus.az