Mərkəzi Bank valyuta ehtiyatlarının məbləğini açıqlayıb | Banco.az

Mərkəzi Bank valyuta ehtiyatlarının məbləğini açıqlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il martın 1-nə 5 387,3 mln. ABŞ dolları təşkil edib.

“Report” AMB-yə istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 6,1 mln. dollar və yaxud 0,11% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

İlin əvvəlinə nisbətən qurumun valyuta ehtiyatları 52,7 mln. dollar və yaxud 0,99%, son 1 ildə isə 1 018 mln. dollar və yaxud 23,3% artıb.