“Rabitəbank”ın yeni səhmdarları bankın səhmlərinin 60%-nə nəzarət edir | Banco.az

“Rabitəbank”ın yeni səhmdarları bankın səhmlərinin 60%-nə nəzarət edir

“Rabitəbank” ASC-yə ötən il cəlb edilmiş 2 yeni səhmdar - Rauf Zeynal oğlu Əliyev (“Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarı) və Validə Maarif qızı Abasova hər biri hazırda Bankın səhmlərinin 30%-nə, ümumilikdə 60%-nə nəzarət edir.

Bu, “Rabitəbank”ın nizamnamə kapitalının ötən ay 12 799 987,08 manat və yaxud 14,46% artırılaraq 101 300 056,9 manata çatdırılmasından sonra baş verib.

Bankın səhmlərinin qalan 40%-i isə Zakir Əlibala oğlu Nuriyevə (Müşahidə Şurasının sədri), Aslan Tarqulu oğlu Xasiyevə, Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), Dilarə Nəsrəddin qızı Nuriyevaya, Yaşar Feyzi oğlu Qurbanova (“Meqa Sığorta”nın 15%-lik səhmdarı və Direktorlar Şurasının sədri), eləcə də digər fiziki şəxslərə məxsusdur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. 

Report.az