Həyat sığortası ilə bağlı ASA-da işçi qrupunun görüşü keçirilib | Banco.az

Həyat sığortası ilə bağlı ASA-da işçi qrupunun görüşü keçirilib

Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə həyat sığortası istiqamətində işçi qrupunun görüşü keçirildi. ASA-dan banco.az-a verilən məlumata görə, görüşdə ölkədə fəaliyyət göstərən həyat sığorta şirkətlərinin və Azərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndələri iştirak etdi.

Görüşdə həyatın yığım sığortası ilə vətəndaşlara vergi və məcburi dövlət sosial sığorta sahəsində nəzərdə tutulan imtiyazlar, onun həm vətəndaşlar, həm də dövlət üçün yaratdığı imkanlar qeyd edildi və bu barədə müzakirələr aparıldı. “Sosial sığorta haqqında” Qanuna təklif edilən düzəlişlər, onun sığorta bazarında doğuracağı nəticələr, üstünlüklər və çatışmazlıqlar barədə fikir mübadiləsi aparıldı.

İşçi Qrupu tərəfindən Qanuna dəyişikliklə əlaqədar məsələnin hərtərəfli araşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi və bununla bağlı müvafiq orqanlara müraciət edilməsi qərara alındı.

Ən sərfəli kredit üçün müraciət et

 

Qeyd etmək lazımdır ki, 1997-ci il “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanuna 21 oktyabr 2005-ci ildə edilmiş dəyişikliyə uyğun olaraq 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə sığortaedənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığortalıya ödənilən hər hansı məbləğlər məcburi dövlət sosial sığorta haqqından azaddır. Azərbaycan Respublikası Vergi Məcəlləsinə 19 iyul 2009-cu ildə edilmiş dəyişikliyə müvafiq olaraq 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər gəlir vergisindən azaddır.