Azərbaycan Turizm Assosiasiyası (AZTA) “Park Inn” otelində üzvləri ilə geniş yığıncaq keçirmişdi. Bankdan Banco.az-a verilən məlumata görə, bu görüşdə AZTA-nın İdarə Heyətinin sədri Nahid Bağırov Bank BTB-nin üzvlüyünü təsdiq edən sertifikatı Bank BTB ASC–nin Müşahidə Şurasının Sədri Rza Sadiqə təqdim edib.
Bildirilib ki, Bank BTB və AZTA arasında olan əməkdaşlıq gələcəkdə maraqlı layihələrin planlaşdırılması və müştərilər üçün maraqlı təkliflər baxımından da faydalı olacaqdır.
Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.