Blok zənciri texnologiyası yox olacaq | Banco.az

Blok zənciri texnologiyası yox olacaq

Vill Mörfi Talla.com-un, Botchain-in əsaslandığı şirkətin blok zənciri texnologiyasının vitse-prezidentidir. Botchain isə özünü idarə edən, yəni müstəqil ağıllı proqramlar üçün bir blok zənciridir.

Proqnozlara görə, 10 il ərzində blok zənciri texnologiyası elə bir səviyyəyə çatacaq ki, “blok zənciri” artıq istifadəsi qeyri-mümkün ifadəyə çevriləcək.

Bu barədə düşünək. Niyə blok zəncirini deyirik? Blok zəncirinin ən maraqlı üç hissəsi aşağıdakılardır:

Uzlaşma mexanizmləri (Pos, PoW və s.)

İdarəetmə mexanizmləri (bütün zəncirdə gələcək dəyişiklərin meta-uzlaşması)

Blok zəncirinin öz quruluşu

Sonuncu iş şəbəkəsinin nə qədər genişlənə biləcəyinə, əməliyyatın nə qədər sürətli olacağına və digər elementlərə təsir edir. Blok zəncirinin strukturu onu “blok zənciri” adlandırmağımızın əsas səbəbidir.

Bəs “blok zənciri” deyərkən nəyi nəzərdə tuturuq? İki terminə ayrı-ayrılıqda nəzər salaq.

Blok: bir yerə yığılmış bir neçə əməliyyat

Zəncir: kriptoqrafik cəhətdən xətti bir yola bağlı bloklar

Əlvida, bloklar!

Ehtimal ki, 10 il ərzində bloklara ehtiyac olmayacaq. Onun yerinə prosesləri birləşdirən və əvvəlki əməliyyatları təsdiq edən bir sistem olacaq.

Yeni bir əməliyyat həyata keçirmək üçün növbədə gözləyən digər əməliyyatları da qəbul etməlisiniz. Bunu reallaşdırmaq üçün başqaları üçün də bir az işləməlisiniz.

Bu modelin işləmə müddəti, məsələn, Bitcoin-in hazırki işləmə müddətindən daha sürətlidır. Mədənçi texniki cəhətdən işin içindən çıxarılır və hər əməliyyat əvvəlki əməliyyatı təsdiqləyir. Əməliyyat müddəti daha çox insan sistemdən istifadə etdikcə azalır.

Zəncirlərə də əlvida

Eyni zamanda, gələcəkdə zəncirlərin tək yönlü bloklardan təşkil olunmayacağını da təmin etmək olar. Bəlkə də bir sıra paralel əməliyyatın reallaşdığı bir neçə fərqli yöndə gedən qeyri-xətti bölmələr əmələ gələ bilər.

Bunu əməliyyat qrafiki adlandıra bilərik. Bənzər məzmunlar üçün “Tangle” termini də istifadə edilir (IOTA protokolunda).

Bəlkə hazırda “bulud” adlandırdığımız texnologiya kimi, buna da “qrafik” deyərik.Bu qlobal qrafikdə məlumat və əməliyyatlarımızı qeyd edəcəyik.

DAG-a giriş

Ehtimal edilən yol üçün uyğun olan texnologiya kompüter terminologiyasına yönəlmiş “asiklik qrafiki” adlandırılan anlayışdır.

Ən sərfəli kredit üçün müraciət et

“Riyaziyyat və kompüter elmində yönəlmiş asiklik qrafikində heç bir qapalı döngə olmayan, idarə olunan bir qrafik kimi təsvir edilir”.

DAG modelləri blok zəncirlərdən fərqli olaraq işləyir. Adi bir blok zənciri üçün mədənçilərin blokları qoruması gərəkdir, ancaq DAG iş qeydlərinə və bloklara ehtiyac duymur.

Yeni idarəetmə modelləri də lazımdır, buna görə də çox işlər görülməlidir.

Amma nəzəri cəhətdən, yeni modellər əlavə edilərkən bu model daha da yaxşılaşır. Ona görə, ikisinin də qiyməti və mövcud blok zənciri modellərinə görə fərqləndirilə bildiyi üçün daha inkişaf etmiş bir model tapıla bilər.

Gələcəkdə blok zəncirini daha yaxşı edən səbəblər yarana bilər. Bu modelin hələ ki, bəzi çətinlikləri mövcuddur. Ancaq layihə kifayət qədər maraqlı və işləkdir.

Əslində, Vill Mörfinin anlatmağa çalışdığı və blok zənciri texnologiyasının inkişaf etdiyi mərhələ olaraq proqnozlaşdırdığı DAG texnologiyası IOTA-nın “Tangle” infrastrukturunu əks etdirir.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az