Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) növbəti dəfə ləğvedicisi olduğu "Gəncəbank" ASC-nin təminatsız kreditorlarına müraciət edib.
Müraciətdə bildirilir ki, fevralın 12-dən təminatsız kreditorların tələblərinin ödənilməsinə başlanılıb.
Ödəniş nağdsız qaydada həyata keçirilir.
Kreditorlar “Gəncəbank”ın Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasına və ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babər prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini qeyd etməlidirlər.
Report.az