“Cisco”-dakı təhlükəsizlik tədqiqatçıları məşhur onlayn cüzdan Blockchain.info kmi sayt yaradaraq insanların aldadılması haqda yeni məlumatlar paylaşıblar.
Çərşənbə günü dərc edilən bloqda Deyv Meynor və Ceremiah Okonner bu satakarlığın detallarını açıqlayıb. “Cisco”-nun 6 aydır Ukraynanın Kibercinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ilə birgə araşdırma apardığı bildirilib. Son 3 ildə cinayətkarların kriptovalyutalardan 50 milyon dollar qazandığı vurğulanıb.
“Kampaniya sadə idi və başladıqdan sonra cinayətkarların öz alıcıları üçün etibarlı bir yer olduğunu sübut etmək üçün “Google” reklamlarını satın almağını davam etdirmələri kifayət edirdi”, – deyə yazılıb. “Bu kampaniya bəzi spesifik coğrafi əraziləri hədəf alırdı və cinayətkarlara kriptovalyuta vasitəsilə minlərlə dollar qazandırdı”.
Bloqda göstərildiyi kimi, hücumun arxasındakı insanlar Blockchain kimi saytlar yaratdılar, lakin onların domenləri fərqli idi. Məsələn, “block-clain.info” və “blockchien.info” bunların arasında yer alır və onları adi bir istifadəçinin fərq etməsi çətindir. Daha sonra axtarış nəticələrini aradan qaldırmaq üçün “Google Adwords” istifadə edərək istifadəçilərin pullarını oğurladılar. “Cisco” bu cinayətkar qrupun 2015-ci ildən bu yana olan əməllərini araşdırıb və onlarla milyon dəyərində kriptovalyutanın həmin vaxtdan etibarən oğurlandığını güman edir. 50 milyon dollar civarında oğurlanan vəsaitin 2 milyon dollarının ötən il 4 həftə ərzində mənimsənilib.
Şirkət “açıq görünür ki, “COINHOARDER” kampaniyası “Google Adwords” ilə ilə edilən bir kriptovalyuta saxtakarlığıdır, dünyanın hər tərəfindəki istifadəçilərə yönəlmiş hücumdur”, – deyə qeyd edib.
Bu hücum yalnız xarici birja və firmalar üçün deyil, yerli şirkətlər üçün də keçərlidir. Buna görə də birja və cüzdan istifadəçilərinin veb saytın ünvanından əmin olmaları son dərəcə vacibdir. Çünki qeyd olunduğu kimi, bir hərf fərqli şəkildə alınmış veb sayt ilə eyni şəkildə tərtib edilərək məlumatlarınız ələ keçirilə bilər.
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.