Amazon Web Services satış həcmi 17,5 milyard dollara yüksəldi | Banco.az

Amazon Web Services satış həcmi 17,5 milyard dollara yüksəldi

2017-ci ilin yekunlarına görə Amazon Web Services(AWS) satış həcmi 17,5 milyard dollara yüksəlmişdir. 2016-cı ildə isə bu rəqəm 12,2 milyard dollar təşkil etmişdir. Amazonun bu müddət ərzində bulud biznesindən əldə etdiyi gəlir 3,1-milyarddan 4,3 milyard dollara yüksəlmişdir.

Amazonun bulud xidmətlərinə məsul, cavabdeh bölməsi tam olaraq gəlirlə işləmiş və gəlirlər strukturunda satış həcmi 10% təşkil etmişdir. 2016-cı ildə isə bu göstərici 9% təşkil etmişdir.

Bununla yanaşı Amazon Web Services bölməsinin xərcləri artmaqda davam etmişdir. 2017-ci ilə bu bölmənin xərcinin 13 milyard dollar təşkil etdiyi halda 2016-cı ildə bu 9,1 milyard dollar təşkil etmişdir.

Amazonun maliyyə direktoru Brayən Olsavskinin(Brian Olsavsky) sözlərinə görə 2017-ci il ərzində “Amazon Web Services”in 12 aylıq satış həcmi 20 milyard dollara yüksəlmişdir.

Key Banc analitiklərinin sözlərinə görə bazarda bir neçə korporativ həllər təklif edən şirkətlər vardır ki, onların illik satış həcmi 20 milyard dollara yaxınlaşır, amma Amazonda bu göstəricinin daha yüksək 40% olduğu bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Geekwire nəşrinin söylədiyinə görə Amazonun bulud biznesi Microsoft və digər şirkətlərin güclü rəqabətinə baxmayaraq artmaqda davam edir. Bununla yanaşı onun rəqibləri olan amerikan şirkətləri bulud infrastrukturunu yaratmaqla bu servisdən nə qədər gəlir götürmələri haqqında məlumatları açıqlamırlar. Nəşrin əlavəsinə görə buna baxmayaraq “Amazon Web Services”in bulud bölməsi çətin ki, bazardakı hansısa payını itirmiş olsun.

Maliyyə hesabatlılığına həsr olunmuş konfrans zamanı Brayən Olsavski  Amazon Web Servicesin ayrılacağını inkar etmişdir. Top menejerin sözlərinə görə restrukturizasiya bir tərəfdən fayda verə bilərsə digər tərəfdən böyük problem yaradacaqdır. Olsavskinin sözlərinə görə Amazon və  Amazon Web Services bəzi funksionallıqlarda bir birindən ayrı fəaliyyət göstərsələrdə onların bir yerdə işləməsi daha çox fayda verir.

Qeyd edim ki,  “Amazon Web Services”in 2017-ci ildə əsas müştəriləri olan şirkətlər arasında Expedia, Ellucian, DigitalGlobe və The Walt Disney Companyyer almışlar.

digitalazerbaijan.az