“YapıKredi Bank Azərbaycan”ın rəhbərliyində dəyişiklik olub.
Teymuraz Əmirov bankın İdarə Heyətinə üzv seçilib. O, fevralın 13-dən yeni vəzifəsi icra etməyə başlayıb.
Bununla da, bankın İdarə Heyətinin üzvlərinin sayı 5-ə çatıb. Qeyd edək ki, T.Əmirov 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 2002-2003- cü illərdə Bakı Nəqliyyat-7 ATSC-də hüquqşünas vəzifəsində çalışıb. 2004-2008-ci illərdə "Cred Agro" QBKT-də hüquq məsləhətçisi vəzifəsində işləyib. Peşəkar fəaliyyətinə "Yapı Kredi Bank Azərbaycan" da 2008-2009-cü illərdə hüquqşünas kimi başlayan T.Əmirov 2009-2018-ci illərdə bu bankda hüquq departamentinin müdiri olub.
Apa.az