Gizli nüvə obyektindəki Rusiya nüvə superkompüteri Bitcoin mədənçiliyi məqsədilə istifadə edilib. Nüvə obyektinin əməkdaşları bu səbəbdən nəzarətə götürülüb.
Rusiyaya nüvə superkompüteri internetə qoşularkən yaxalanıb
Federal Nüvə Mərkəzinin mətbuat xidməti bir əməkdaşın Bitcoin mədənçiliyi etmək üçün superkompüteri internetə qoşmağa çalışarkən ərazidəki həyəcan siqnalının işə düşdüyü haqda məlumat yayıb.
Mətbuat xidməti müxtəlif işçilərin Federal Təhlükəsizlik Xidmətinə təhvil verildiyini açıqlayıb.
“Interfax” xəbər agentliyi məsələ ilə bağlı bunları yazıb: “Həmin şəxslərə qarşı istintaq başladılıb”.
Hadisənin detalları açıqlanmayıb.
Mədənçilər riyazi problemləri həll etmək üçün xüsusi proqramlardan istifadə edirlər və bunun qarşılığında müəyyən sayda Bitcoin verilir.
“Soyuq Müharibə” dövründə nüvə silahı istehsal edilmişdi
Rusiyanın qərbindəki Sarov şəhərindəki Federal Nüvə Mərkəzi “Soyuq Müharibə” dövrünün başlanğıcında ilk sovet nüvə bombalarını istehsal etmək üçün istifadə edilib.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.