10 dəqiqədə beynimizi məşq etdirməyə kömək edən 5 TEDx çıxışı | Banco.az

10 dəqiqədə beynimizi məşq etdirməyə kömək edən 5 TEDx çıxışı

10 dəqiqə boş vaxtımız var, nə edək ki daha faydalı olsun? :) .  10 dəqiqəlik elə Tedx çıxışları var ki, izlədiyimiz zaman  öyrəndiklərimiz ikiyə qatlanacaqdır.  Əgər daha zəkalı və intellektual olmaq üçün tələsirsinizsə Banco.az  kollektivi sizə məqaləni oxumağı məsləhət görür . 

1) Ray Kurzweil – Hibrit Düşünməyə Hazır Olun

Məşhur alim və yenilikçi Ray Kurzweil bu çıxışında beynimizin düşünmə şəklindən bəhs edir. Onun dediyinə görə insan düşüncə sistemi 20 il ərzində çox dəyişəcək . İnsanlar kömək lazım olduğu an beyinlərindən istifadə edə biləcək. 

2) Julian Treasure – Necə danışaq ki, insanlar dinləmək istəsin?

Məşhur natiq Julian Treasuredan öyrənəcəyimiz çox natiqliq məlumatları var . Bu çıxış zamanı, Julian Treasure  natiq olana qədər onu dinləmək istəməyənlərdən bəhs edir. Ona görə natiqliyin 7 qüsuru və 4 üsulu vardır. 

3) Neil Harbisson – Rəngləri dinləyirəm.

Rəng koru olan  Neil Harbissonun həyatı 2003-cü ildən sonra dəyişir.  Yuxarıdakı çıxışı izləməklə onun bu problemi necə həll etdiyinə və həyatını yenidən necə rəngləndirdiyinə şahidlik edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

4) Ron Gutman – Gülümsəmənin Gizli Gücü

Uşaqlıqda dünyanı xilas edib hər kəsi xoşbəxt etmək istəyən Ron Gutman  sonrada buna gülüş vasitəsi ilə nail ola biləcəyini fərqinə varır.  Adi bir gülüşün ömrünüzü daha da artıracağınızı bilirsinizmi?

5) Dan Gartenberg – Beynimiz dərin yuxudan faydalanır və bunu necə artıra bilərik?

Yuxu üzrə tədqiqat aparan Gartenberg beynimizin həqiqətən də yuxuya ehtiyacı olduğunu izah edir və texnologiya sahəsində yuxu rejimini artıra biləcəyimiz üsulları deyir.  Mən çox danışmayım, ən yaxşısı siz izləyin :)

Xəzər Aslanov. Banco.az

Bu da maraqlıdır.

2017-ci ilin ən çox diqqət çəkən 10 Tedx videosu